Türkiyə KİV-də meqastar Tarkanın iyunun 23-də Bakıda baş tutacaq “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində verəcəyi konsertdən 1 milyon manat qazanacağı haqda xəbərlər yayılıb.
Mynews.az sputnik.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bu məlumatın əsassız olduğunu bildirib.
“Bəzi media orqanları istinad olmadan belə məlumat yayıb. Təbii ki, yanlış məlumatdır. Qeyd edim ki, müğənni ilə müqavilənin şərtlərinə görə, nə müğənni, nə də biz həmin məbləği açıqlaya bilmərik. Bircə onu deyə bilərəm ki, 1 milyon manat şişirdilmiş məbləğdir”, - deyə N. Arpadarai söyləyib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub