Bakıda bir bərbər insanların saçını formaya salarkən qəribə üsuldan istifadə edir.
Mynews.az Xezerxeber.az-a istinadən məlumatına görə, Pünhan usta saçları spirtləyərək əməlli başlı alovlandırır. O, bunu şou xətrinə etmir.
Azərbaycanlı usta deyir ki, saçları alovlandırmaq onu düz hala salmaq üçün ən yaxşı vasitədir.
“Uzun saçları düz hala salmaq üçün çox vaxt kimyəvi maddələrdən istifadə edilir. Alov isə təbiidir, saçlara heç bir zərəri yoxdur”, - deyə usta bildirir.
Amma bu üsuldan hər kəsin istifadə etməsi məsləhət deyil. Çünki alova bəs edəcək qədər spirtin miqdarını bilmək, eyni zamanda alovun başdakı dərini yandırmaması üçün cəld davranmaq lazımdır.
Pünhan ustanın sözlərinə görə, o, öz işi ilə bağlı davamlı olaraq yeniliklər axtarır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub