Bu günlərdə Bakı da daxil olmaqla ölkənin hər yerinə yağan qar çoxlarının qayğısını artırıb. Ancaq paytaxt sakini bir nəfər belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü atıb qarın üzərinə... Bu həyəcanlı anları oğlu telefonla çəkərək bizimlə bölüşüb.
Paltarını çıxarıb, özünü ayaq yalın qarın üzərinə atır. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir. Güclü qar 65 yaşlı İsgəndər Mirzəyevi sevindirib.
Keçmiş hərbçi olan İsgəndər Mirzəyev bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür...
Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastika ilə hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.(xezerxeber)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub