Sünnət əslində Bütpərəst adətiymiş Xeyri və zərərləri haqda ŞOK DƏLİLLƏR

2069
Sünnət əslində Bütpərəst adətiymiş Xeyri və zərərləri haqda ŞOK DƏLİLLƏR

Bu yazıda “Sünnət lazımlı əməliyyatdırmı, yoxsa tamamilə yanlış və lazımsız müdaxilədir?” sualına cavab axtarmağa çalışmışıq. 

Sünnət bugünkü cəmiyyətlərdə geniş tətbiq olunan kimi görünsə də, eyni zamanda heç vaxt tətbiq olunmayan cəmiyyətlərin sayı da əhəmiyyətli qədərdir. Dünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyanın kişi əhalisinin yalnız  30 faizi sünnətlidir. Sünnət sanki bir tabu halına gəldiyi və qaçılmaz bir zərurət kimi göründüyü Müsəlman cəmiyyətlərdə bu əməliyyatın zərərli və ya lazımsız olduğunu demək belə topun ağzına qoyulmaq üçün yetərli bir səbəbdir.   

Xalqımızın geniş şəkildə sünnət olmalarının səbəbi İslam dininin peyğəmbəri Məhəmmədin sünnətli olduğunu rəvayət edilməsi ilə bağlıdır.  Bu ənənə İslam cəmiyyətləri üçün kişilik halına gətirilsə də sünnət Quranda adı keçən bir məsələ deyil. Lakin peyğəmbərin həyatını əks etdirən məlumatların arasında yer alır.  

Sünnət əslində Bütpərəst adətidir və səmavi dinlərdən qədimdir. Misirdə, Babilistanda və Yəhudi cəmiyyətlərində, antik Yunanıstanda  tətbiq olunub. İslamdan öncə Ərəblərin də bütpərəst olduqlarından bu ənənəyə riayət ediblər, yəni ərəblərin də İslamdan öncə  sünnət olduqları məlumdur. Ancaq sadəcə cəmiyyətin bir təbəqəsi, yoxsa  istisnasız olaraq hamının sünnət olub-olmadıqlarını demək çətindir.  

Digər mənada, sünnətin İslam ilə zidd olan bir tərəfi də var. İslamda Allahın hər şeyi qüsursuz yaratdığını iddia edən bir inanc mövcuddur. Sünnət dərisinin hansı səbəblə "yaradıldığına" və nə məqsədlə kəsildiyinə dair isə inandırıcı bir açıqlama yoxdur. Bir İslam saytına bu məsələylə bağlı verilmiş bir suala belə cavab verilib:

"Hikmətini bilmədiyimiz minlər şey var, bunu da onların siyahısına yazarıq".  

SÜNNƏTLİ MUMİYALAR  

Sünnətin qədim Misirdə tətbiq olunduğuna dair bir çox dəlillər var, həmçinin bəzi mumiyaların sünnətli olduqları müşahidə olunub. Sünnətin Misirdəki tarixinin 6000 il əvvələ söykəndiyi söylənilir, antik Misirdən günümüzə qalan divar rəsmlərində bu prosesin necə həyata keçirildiyi göstərilir.   

Sünnət keçmişdə, hələ bürünc çağını yaşayan Aralıq Dənizi sahili cəmiyyətlərdə bürünc bıçaqlarla yox, daş alətlərlə edilib. Buna görə də sünnətin Daş Dövründən qalma bir ənənə olduğu güman edilir. Bir məntiqlə belə izah onur ki, ibtidai daş dövründə sünnət dərisində tibbi problemlər yaşayan insanlar son çarə olaraq dəri kəsmək məcburiyyətində qalıblar və  zamanla bu, ənənə halını alıb.  Antik Yunan cəmiyyətində də sünnət görülsə də çox daha fərqli bir hərəkət olub. Belə ki, İlahə Kybeleyə tapınılan Pessinus Məbədində rahib olmaq istəyən kişilərin Kybele keşişi olmaq üçün cinsi orqanları tamamilə kəsilərək xədim edilirmişlər. Daha sonra bu ənənənin digər cəmiyyətlərə penisin yalnız ucundakı dərinin kəsilməsi kimi keçdiyi güman edilir.   Heredot sünnətin bir dövr təkcə Misirlilər, Həbəşistanlılar və Kolkhislilər tərəfindən tətbiq etdiyini, daha sonra Fələstində yaşayan Finikiyalılar və Suriyalılar tərəfindən də mənimsədiyini söyləyir. Bəziləri isə sünnətin cinsi əlaqəni azaltmaq, cinsi orqanı zəiflətmək üçün düşünüldüyünü iddia edirlər.   

Hər bir halda, sünnət İslam və Yəhudilikdən öncəki dövrlərdən gələn, bəzi cəmiyyətlər tərəfindən müxtəlif mifoloji məqsədlərlə tətbiq olunan qədim bir adətdir.  

SÜNNƏT SAĞLAMLIĞA FAYDALIDIRMI

İddia odur ki, sünnət olunması insanı çox sayda sağlamlıq problemindən qoruyur. Lakin aparılan araşdırmalar bu fikrin tamamilə doğru olmadığını, iddia edilən problemlərlə sünnət olunan cəmiyyətlərin çox tez-tez qarşılaşdığını ortaya çıxarıb.   

Sünnətin QİÇS-in (XIV) yaxalanma riskini yox etdiyi inancı geniş yayılsa da, cinsi yolla yayılan bu xəstəliyə yoluxma ehtimalını bir az aşağı salır,  amma bütövlükdə yox etmir.     Sünnətin penis xərçənginə yaxalanma riskini yox etdiyi iddia edilib ki, bu daha sonra təkzib edilib. Penis xərçəngi onsuz da olduqca aşağı nisbətdə müşahidə edilən bir xəstəlikdir və Yaponiya, ya da Norveç, Finlandiya və Danimarka kimi sünnət olmayan cəmiyyətlərdə müşahidə edilən penis xərçəngi nisbəti sünnət geniş tətbiq olunan ABŞ-da müşahidə ediləndən daha aşağı səviyyədədir. Bir sözlə penis xərçəngi məsələsi də səhv bir münasibətdir.  

SÜNNƏTİN ZƏRƏRLƏRİ   

Aparılan araşdırmalara görə, sünnətli kişilərdə sünnətsiz kişilərə görə- Penis zədələnməsi 33 faiz daha çoxdur, - Ereksiya üçün lazımlı penis dərisinin olmaması şikayəti  27 faiz daha çoxdur, - Bərabər olmayan dəriyə görə penis burulması problemi 16 faiz daha çoxdur, - Ereksiyadan sonra qan 17 faiz daha çox görülür. Eyni zamanda sünnətli kişilərin bəzi xəstəliklərə tutulma ehtimallarının da daha çox olduğu söylənilir.   

Xəbər lenti