Qadının qonşu kişiyə yazdığı eşq məktubu tapıldı “Anam heç nədən şübhələnməsin deyə..."

3686
Qadının qonşu kişiyə yazdığı eşq məktubu tapıldı “Anam heç nədən şübhələnməsin deyə..."

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə Stefan Sveyqin “Naməlum qadının məktubu” kitabından həmin qadının sevdiyi şəxsə, daha doğrusu qonşusu olmuş şəxsə məktubu səsləndirilib.

“Sən bizim qonşuluğumuza köçməzdən əvvəl o evdə çox deyingən, pis insanlar yaşayırdı. Yoxsul olmaqlarına baxmayaraq, onlar kasıblara nifrət edirdilər. Biz çox vaxt gecə saatlarında sərxoş ailə başçısının arvadının döyməsi səsinə oyanırdıq. Bütün bina onlara nifrət edirdi. Bir gün onlar evlərindən köçdülər və qapıda evin kirayə verilməsi barədə elan asıldı. Sonra o elan çıxarıldı və ilk dəfə sənin adını onda eşitdim. Bir neçə gün sonra isə sənin evini təmir etməyə başladılar. Ev işləri sənin köməkçin İohanın nəzarəti altında keçirilirdi. O, sənin adını xüsusi hörmət və vurğu ilə deyirdi. Bu xırdalıqları sənə danışmağımın bir səbəbi var, sənin ilk gündən mənim üçün nə qədər önəm daşığıdığını bilməyini istəyirəm. Bir gün məktəbdən qayıdanda isə sənin əşyalarını gətirmişdilər. İlk dəfə idi ki, İtalyan heykəlciklər, parlaq rəsm əsərləri və bu qədər gözəl kitablar görürdüm. Səni tanımadan belə səni düşünürdüm. Səhərisi gün sən qonşu evə köçdün. Nə qədər çalışsam da, səni yalnız 3 gün sonra görə bildim. Bütün dünyam alt-üst olmuşdu. Sənin qoca eynəkli bir insan olduğunu düşünürdüm, qarşımda isə açıq qəhvəyi rəngli kostyum geyinmiş 25 yaşlı yaraşıqlı və qamətli bir şəxs gördüm. Ən çox sənin ikili olmağını sevdim. Səni dəliqanlı, əyləncəyə meyilli, eyni zaman da ciddi və intellektual olmağın mənim ağlıma sığmırdı. Bir insan necə bu qədər fərqli ola bilərdi axı?! Bunu deməyim artıqdı, amma səni görən gündən ətrafda hər şey əhəmiyyətini itirdi və dünya sənin, hər şey sənin əlaqələdiriləndə maraqlı idi. Sənin bütün qalstuklarının, kostyumlarını, xüsusiyyətərini, vərdişlərini, yanına gələn dostlarının qadınları və ümumlikdə sənin haqqındna hər şeyi öyrənirdim. Bizim qapının gözcüyü sənin qapına baxırdı. Anam heç nədən şübhələnməsin deyə, mən əlimdə kitabla saatlara qapının ağzında, gözcüyün qarşısında keçirirdim. Sevgilim indi də gözcüyün qarşısında keçirdiyim saatlardan utanmıram. Uşaqlığımın ən xoşbəxt günü sənin üçün həyətin qapısının açdığımda mənə, “Təşəkkür edirəm, Froyleyn” dediyindir. Ən bədbəxt günüm isə anamın o evdən köçəcəyimizi xəbər verdiyi gün oldu! Sevgilim, bizim övladımız dünən vəfat etdi. İndi mən tək yaşayacağam. Sabah qara geyimli adamlar gəlib onu aparacaqlar.. Naməlum qadının məktubu”.

Xəbər lenti