Cərrahlar hər keçən gün insanların həyatını xilas edir. Və onların daha uzun yaşamasına səbəb olur. Cərrahlar belə müqəddəs peşəni yerinə yetirərkən həm də müasirləşən texnologiya ilə uyğunlaşmalıdır. Etdikləri çox incə bir əməliyyata görə əlləri titrəməməli və özlərinə güvənməlidirlər.
Mynews.az xəbər verir ki, Alla İllyinichna Levushkina, 89 yaşında bir rus cərrahıdır. İşinə davam edir və gündə 4 uğurlu əməliyyat həyata keçirir. Yaşıdları təqaüdünün 25-ci ilində olanda, o, dünyanın ən çətin və məsuliyyətli işinə davam edir. Bu yaşda olan birinin yavaş və əllərinin titrəməsi gözləniləndir. Lakin Alla'nın bu cür heç bir problemi yoxdur. Alla, paytaxt Moskva şəhərinin yaxınlığında yerləşən, Ryazan Şəhər Qospitalında işləyir. Alla 67 il cərrahlıqla məşğul olub. Bu isə onun on mindən çox əməliyyatda iştirak etdiyini göstərir.
Alla peşəsi ilə bağlı bu sözləri deyib: "Mənim üçün həkim olmaq sadəcə bir peşə deyil; bir həyat tərzidir". Alla'nın təqaüdə çıxıb çıxmayacağı ilə bağlı suala isə o belə cavab verib: "İşləməyi dayandırsam, bu əməliyyatları kim edəcək?"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub