Qadın sidiyi ilə suvarılmış arpa, buğdanın AĞILALMAZ SİRRİ

1036
Qadın sidiyi ilə suvarılmış arpa, buğdanın AĞILALMAZ SİRRİ

Hazırda hamiləlik hamiləlik testləri ilə müəyyənləşdirilir, uşağın cinsiyyəti isə ultrasəs cihazı sayəsində bəlli olur. Qədim Misirdə isə bu texnologiya olmadan belə uşağın cinsini müəyyənləşdirmək mümkün imiş. Və bu, papiruslar vasitəsilə həyata keçirilmiş.

Hamiləlik testi

Mynews.az xəbər verir ki, qədim Misirdə bir qadının hamilə olub-olmadığını müəyyən etmək üçün bir üsuldan istifadə edilirmiş. Bunu üçün bir ədəd arpa, bir ədəd də buğda dolu papirusdan hazırlanmış iki torba götürülürmüş. Hamiləlik şübhəsi olan qadın hər səhər sidiyi ilə bu iki torbanı ayrı-ayrıca sulayırmış. Hamiləlik şübhəsi olmayan bir qadın da  digər arpa və buğda dolu torbaları sidiyi ilə sulayırmış.

Bu təcrübə ilə hamiləlik şübhəsi daşıyan qadının sidiklə suvarmış olduğu torbalar digər qadının suvarmış olduğu torbalardan daha əvvəl cücərirsə, qadının hamilə olduğu başa düşülürmüş. Əgər hər iki qadının sidiklə suvarmış olduğu torbalar eyni anda cücərirdisə, ortada hamiləlik  vəziyyətin olmadığı təsbit edilirmiş.

Bu təcrübədə işin mahiyyəti hamilə qadının arpa və buğda torbalarının daha əvvəl cücərməsi səbəbi hamilə qadınların böyrəklərində çox miqdarda hormon olması ilə əlaqələndirilirmiş. Artıq hormonlar daha tez cücərməni təmin edir.

Uşağın cinsiyyətinin müəyyən edilməsi

Misirlilər hamiləlik kimi uşağın cinsiyyətini də müəyyən edə bilirmişlər.  Hamiləlik testi aparılarkən bir arpa və buğda dolu torbalar istifadə edilirdi.  Sidiklə suvarılan torbalardan buğda dənələri arpa dənələrindən daha əvvəl cücərirdisə, uşağın cinsiyyətinin kişi, əgər arpa dənələri daha əvvəl cücərərsə, qız olduğu anlaşılırmış.

Bu tətbiqi 1933-ci ildə elmi olaraq da sübut olunmuşdur. Professor Julias Manger laboratoriyada qutuların içinə qurutma kağızları yerləşdirmiş və bunların üzərində də buğda və arpa dənələri qoymuşdur. Sonra bu dənələri hamilə bir qadının sidiyi ilə sulayıb Qədim Misirdə tətbiq olunan bu üsulun doğruluğunu elmi olaraq sübut etmişdir. 

 

Xəbər lenti