Ov həvəskarı olan bir şəxs, avtomobilini qeyri-adi formaya salıb. Təkərlər özlərini avtomatik olaraq doldurur. Gecə ova çıxanda, dumanlı havada da heç bir problemlə üzləşmir. Avtomobildə 220 voltluq işıqdan istifadə və elektrik sobasında yemək bişirmək mümkündür.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, İlkin Quluzadə həvəskar ovçudur. Ov zamanı suda və quruda üzləşdiyi problemlərdən azad olmaq üçün avtomobilinə dəyişiklik etmək qərarına gəlib. Bunun üçün avtomobilinə 68 min manat pul xərcləyib.
İlk baxışdan zirehli texnikaya bənzəyən nəqliyyat vasitəsi əslində ov zamanı xüsusi əhəmiyyət kəsb edir.
Konstuksiyasının dəyişdirilməsi avtomobilin aşırımlı yollarda rahat hərəkətini təmin edir. Avtomobilin üst hissəsi heyvanların və ov ləvazimatlarının daşınması üçün nəzərdə tutulub.
Alt-asqı sistemi, yəni qabaq və arxa işıqlar tamamilə mühafizə olunub. Ötürücüsü mexanika olan avtomobilin içərisinə də dəyişiklik edilib. Demək olar ki, əyləc sistemi yenidən qurulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub