Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU XANIMLAR ÜÇÜN

761
Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU XANIMLAR ÜÇÜN

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar gec saatlarda bayıra çıxa, dostları ilə əylənə bilər. "Kişidir, ona olar!", - deyərək onlara haqq da qazandırırıq. Ancaq qadın bunları etsə, adı pis çıxacaq.

Mynews.az  lent.az-a istinadən xəbər verir ki, əriniz gecə yarıyadək dostları ilə gəzib dolaşır, evə çox gecmi gəlir? "Üzünü görmürəm", - deyə şikayət etməkdənsə, Bununla ərinizi evə bağlaya bilərsiniz.
 
1. Qadının kişiyə qarşı ən təsirli silahı şirin dili, gülər üzü, təbəssümü, könül ala bilməsi, sıxıntını paylaşması, əri üzünə baxanda ürəyinin açılması, bir anda bütün yorğunluqlarını atmasıdır.
 
2. Kişini qadına bağlayan ən güclü sirr qadının şəfqət göstərən halı, ana qayğısıdır. Bu gücdən yaxşı istifadə edin. Ərinizin sizinlə yaxşı vaxt keçirməsinə şərait yaradın. "Səninlə birlikdə olduğum üçün özümü çox xoşbəxt hiss edirəm" kimi cümlələri yeri gələndə dilə gətirin.
 
3. İmkan olduqca süfrədə yemək çeşidlərini artırın. Kişini evə bağlayan digər amil süfrədə sevdiyi yeməklərin olmasıdır. Yeməkdən sonra çay, qəhvə, quru meyvə, çərəz, tum kimi şeyləri əskik etməyin ki, yemək bitər-bitməz gözü qapıda olmasın.
 
4. Kitab oxuma vərdişinə yiyələnin. Oxuduğunuz maraqlı hekayələri çay süfrəsində danışın. Dini mövzulardan danışarkən müəllim kimi davranmayın.
 
5. Birlikdə verilişlər izləyib ona sual verin, rəyini soruşun. Diqqətini verilişə yönəldin.
 
6. Zaman-zaman evdəki əşyaların yerini, otaqların dekorunu dəyişdirin. Bununla onu məşğul edin.
 
7. Evdə tək qalanda darıxdığınızı, sıxıldığınızı, qorxduğunuzu dilə gətirin. Birlikdə olanda özünüzü rahat hiss etdiyinizi deyin.
 
8. Arada bir dost, qonşu, qohum ziyarətinə gedin. Onları qonaq çağırın.
 
9. Bəzi axşamlar alış-verişə, gəzməyə gedin, bayırda vaxt keçirin, yeməyə çıxın.
 
10. Özünüzdən, öz problemlərinizdən çox danışmayın. Bir müddətlik onun xoşbəxtliyinə çalışın.
 
11. Şikayət etməkdən əl çəkin. Evdəki nöqsanlar, dəyişiləcək mebellər kimi xərc aparan şeylərdən danışmayın. Kişilər xərcin çox çıxmasını xoşlamırlar.
 
12. Uşağınız varsa, onun təhsili, böyüdülməsi, tərbiyəsi ilə bağlı bəzi məsələlərdən danışıb onun da üzərinə məsuliyyət qoyun.
 
13. Axşama qədər nələr etdiyini, kimlərlə vaxt keçirdiyini öyrənin.
 
14. Ətrafınızdakı bəzi dostlarınızdan onların bu durumda necə davrandığını soruşun.
 
15. Mənəvi ehtiyaclarınızı ödəmək kimi ürək, qəlb ehtiyaclarınızı da qarşılamağa çalışın.

Xəbər lenti