Məşhur fotoqraf İvette İvens “Breastfeeding Goddesses” (“Əmizdirən ilahələr”) adlı layihə həyata keçirib. Bu layihədə uşaq əmizdirən qadınların fotoları toplanıb.
İvette iki uşaq anasıdır. Oğlunu 3 yaşına qədər əmizdirib. Qızı isə 10 aylıqdır və hələ də ana südü ilə qidalanır.
İvette bu layihənin ideyasının necə yarandığını da açıqlayıb: “Bu fikir ağlıma oğlumu əmizdirən zaman çəkdirdiyim fotonu paylaşdığım gün gəldi. O fotonun altına o qədər neqativ, nifrət dolu şərhlər yazılmışdı ki… Bu, məni çox incitdi. Bu qədər təbii və gözəl bir şeyin bu qədər qorxulu bir şey olaraq təsvir ediləcəyinə inana bilmirdim. Mən də o şərhlərə cavab vermək əvəzinə hirsimi belə bir layihəylə çıxdım. O ümidlə ki, uşaq əmizdirməyə qarşı münasibət normallaşacaq. Mən bu fotolarla uşaq əmizdirərkən qadının daxilən yaşadığı, hiss etdiyi gözəlliyi, xoşbəxtliyi anlatmağa çalışdım. İnanıram ki, çox adam bu şəkillərə baxır. Çox adam da anlayacaq ki, uşaq əmizdirmək təbii bir şeydir, burda utanmalı heç nə yoxdur”.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub