Arvadının qan uddurduğu PEYĞƏMBƏR həyat yoldaşlarından qaçaraq TARİX YAZANLAR - FOTOLAR

721
Arvadının qan uddurduğu PEYĞƏMBƏR həyat yoldaşlarından qaçaraq TARİX YAZANLAR - FOTOLAR

Kahin qızı olan Sepforanın sayəsində demək olar ki, bugünkü yəhudi milləti torpaq qazanıb. Musa peyğəmbərlik qazanmadan öncə Misir sarayında cinayət törədib qaçaraq İofor adlı kahinin evində gizlənib. Bu kişi ona çox mehriban davranıb. Bu mərhəmətin müqabilində Musa həmin qəbilədə qalıb işləyərək kahinin qızlarından birini – Sepforanı alır. Amma Sepfora heç də filmlərdə göstərildiyi kimi ərinə sevgi ilə yanaşmayıb. O, həddindən artıq gözəl idi və varlı kişinin qızı idi. Musa peyğəmbər isə çobanlıq edən, kimsəsiz, o qədər də yaraşıqlı olmayan bir cavan olub. Sepfora bunu hər fürsətdə ərinə bildirirdi. Sakit təbiətli Musa dinmir, dözürdü. Amma günün birində Musa belə bir ata-bala söhbətinin şahidi olur: “O niyə bizim çörəyimizi yeyir, sənin qızınla yatır? Buna layiq deyil, ya məni boşasın, ya da mən onu öldürəcəm!”.

Musa peyğəmbər bunu eşidib səssiz-səmirsiz çıxıb gedir. Artıq peyğəmbərlik qazanmış Musa Misirə qayıdıb həmfikirlərini başına yığır. Səhraları 40 il dolaşarkən tərəfdarlarına belə bir vəd verir: “Tezliklə qarşınızda Vəd olunmuş torpağın qapıları açılacaq və siz seçilmiş xalq olacaqsınız”. Onun müasirləri peyğəmbərdən tez-tez belə bir dodaqaltı deyinmə eşidirdilər. “Vəd olunmuş torpaqlara arvadımın iynəli sözləri gəlib çatmayacaq. Və uzun yol ucbatından heç o özü də oralara gəlib çıxa bilməyəcək”.

Başqa sözlə, peyğəmbərin arvadı mehriban və sevgi dolu olsaydı, bugünkü İsrailin olub-olmayacağı bəlli deyildi.

Dünya şöhrətli səyyah Xristofor Kolumb və arvadı Felippa Monis de Palestrollo

Felippanın atası da zamanının tanınmış dəniz səyyahı olub. Felippa 1470-ci ildə Kolumba ərə gedib. Məhz o illərdə Kolumb uzaq sahillərə üzməyin xəyalını qururdu. Amma evlilikdən 6 il sonra Kolumb arvadını tərk edərək əvvəlcə Portuqaliyaya, sonra isə İspaniyaya gedir. Burada o, monastırda iş tapıb bir qadınla yaşayır. Bu qadından oğlu dünyaya gəlir. Və... günün birində arvadından məktub alır. Felippa məktubunda nəhayət onun yerini müəyyənləşdirdiyini, yanına gəldiyini yazır. Kolumb şələ-şüləsini yığıb, gəmi tapıb 30 gündən sonra yola çıxır. Üstəlik çalışır elə bir yerə getsin ki, arvadı onu tapa bilməsin. Hətta mümkünsə yeni torpaq icad etsin və düşündüyü kimi də olur. “Hindistan” adlandırdığı Cənubi Amerika da bu səfər ərzində kəşf olunur. Kolumb isə öz himayədarı kral Ferdinanda məktub yollayıb yalvarır ki, arvadına onun harada olduğunu deməsin: “Sizə yalvarıram, Felippaya kəşf etdiyim ölkə haqqında bir söz deməyin, yoxsa burada da məni tapar. Ömrümün qalan hissəsini məni evə həbs edər və heç yerə buraxmaz. Xasiyyəti yaman ağırdır”.

Kral Felippanı şəxsən tanıdığından Kolumbun xahişini yerinə yetirir. Beləcə Kolumb arvadından qaça-qaça yeni torpaqlar kəşf edib adını tarixə yazdırır.

Maraqlıdır ki, digər səyyahlar da arvadlarından yarımayıblar. Ameriqo Vespuççi, Henri Qudzon, Ceyms Kuk da arvad sarıdan yanıqlıymış.

Konstantin və Varvara Tsiolkovski

Dünyanın diqqətini yerdən göyə çəkmiş, kosmonavtikanın əsasını qoymuş Tsiolkovski evliliyinin 3-cü günündə arvadının əlindən canını qurtarmaq üçün ixtiralar etməyi düşünür. Bütün günü ancaq kişinin qarşısına tələblər qoyan və dayanmadan seks istəyən arvadının əlindən başını soxmağa yer axtaran Konstantin nəhayət dünyanın tarixini dəyişir: raket yanacağı, şassi və aerodimanik borular kəşf edir. Bütün günü çardaqda işləyən alim aşağı yalnız yeməyə düşürmüş. Deyilənə görə, o, arvadı haqqında belə deyirmiş: “Bu xəstəhal qadının əlindən yerdə dincliyim yoxdur. Nolardı, buludları yarıb fəzaya uçardım...”

Məhz bu “xəstəhal” qadının əlindən Konstantin arzusunu gerçəkləşdirir və dünyada yeni era başladır.

Cordano Bruno da tarixə fəzayla bağlı kəşfləri ilə düşməzdi, arvadı Mariya olmasaydı. Adam sadə uşaq hekayələri yazmaqla, illüstrasiyalar çəkməklə başını dolandırırmış. Gözəl və iddialı arvadı isə ondan daha çox pul tələb edirmiş. İşi belə görən Bruno tarixə səs salacaq işlərə imza ataraq böyük pullar qazanmaq istəyir, aqibəti isə tonqalda yanmaqla bitir.

Odur ki, əslində tonqalda Mariya yanmalı idi, İsrailin adı Sepfora, Kolumbiyanınkı Felippa, Amerikanın adı Xuanita və s. olmalıymış. Çünki tarix dolayısı ilə da olsa bu qadınların sayəsində möhtəşəm səhifələr yazıb.

Xəbər lenti