Arvadının ölümündən sonra məktub tapdı və bütün həyatı dəyişdi

1585
Arvadının ölümündən sonra məktub tapdı və bütün həyatı dəyişdi

81 yaşlı Toni Tripani adındakı bir adamın vəfat edən həyat yoldaşının əşyalarını toplayarkən tapdığı məktub həyatını dəyişdi. Məktub 56 il önce yazılmışdı.

Həyat yoldaşının ölüm xəbərindən sonra həyatı dəyişdi!
50 ildir evli olduğunuz bir həyat yoldaşı itirmək , çox acıdır. Dul qalan xanımlar özlərinə, "İndi onsuz nə edəcəyəm"? Deyə soruşurlar.
81 yaşlı Toni Tripaninin xanımı 50 illik evliliklərinin sonra həyatını itirib. 80 yaşında tək-tənhadı.
Arvadının vəfatının ardından tapdığı bir məktubla hər şey dəyişdi.
Toninin həyat yoldaşı ürək böhranı nəticəsində həlak olanda Toni də həyat yoldaşının əşyalarını bir qutuya qoymağa qərar verib. O vaxt şkafda bir məktub tapdı. Metronun dediyinə görə, məktub Britaniyalı bir qadın tərəfindən Toniyə yazılmış.
Toni məktubu açıb sürətlə oxumağa başladı. Sən demə məktub 56 il əvvəl yazılmış. Məktubu yazan şəxs 20 yaşında qız dostu olan Shirleymiş.
Şer məktubunda tez-tez Tonini xatırlatmışdır. Məktubun sonunda isə Samuel adındakı bir uşaqlarının olduğunu yazıb.
Toni məktubu oxuduqdan sonra oxuduqlarına inanmadı. 60 ildən sonra bir uşağının olduğunu öyrənmişdi.
"Həyat Yoldaşımın mənə bunu niyə danışmadığını bilmirəm. O uşağı olsun istəmişdi, ancaq uşağımız olmayıb. Daim çalışmışdıq lakin olmamışdı" dedi.
Son olaraq bunları əlavə etdi:
"Həyatım boyu üzünü görmədiyim və xəbərdar olmadığım bir oğlum var. Həyat yoldaşım məndən bu məktubu saxladığından vəziyyəti indi öyrəndim" dedi.
Toni, uşağını axtarmağa başladı.
Facebook sayəsində isə oğlunu tapdı. Ata və oğlu Samuel Childressın görüşməsi son dərəcə təsirli olub. Samuel, bu qədər ildir ki, atasının onu istəmədiyini düşünürmüş.

SaqlamHeyat.az
Arvadının ölümündən sonra məktub tapdı və bütün həyatı dəyişdi

Arvadının ölümündən sonra məktub tapdı və bütün həyatı dəyişdi

 

Xəbər lenti