Facebookda sevgili tapmağın - 10 QAYDASI - FOTOLAR
Mynews.az lent.az-a istinadən Facebook-da sevgili tapmağın 10 qaydasını təqdim edir.
1. Orijinal olmaq
"Salam, olar tanış olaq?" dövrü artıq keçib. Çoxdan üstünü toz basıb. Siz hələ də elə yazırsınız? Orijinal olmaq lazımdır. Facebookda baxmısınız profilinə, xoşunuza gəlib. İlk mesajı yazmaqda çətinlik çəkirsiniz. Qəfil onu gözlənilməz bir mesajla çaşdırın. Orijinallığınız yoxdursa, sizə çətin olacaq.
2. Araşdırmaq
Profilini görən kimi yazmayın. "Nə gözəlsən", "Adam sənə baxanda heyran olur" kimi cümlələr də sizi blok həbsxanasına düşməyə gətirib çıxara bilər. Profilini araşdırın, görün nələrlə maraqlanır, zövqləri nədir, hansı kitabları oxuyur, hansı filmlərə baxır, kimdir, nəçidir. Ondan sonra mesajı beyninizdə qurun. Səbr, səbr, səbr...
3. Səmimilik
Qətiyyən olmaz! Dozasını çox eləmək faciəyə gətirib çıxarar. Onunla təzəcə yazışırsınız və qəfil guya zarafatla yazırsınız: "Sənnən uşaqlarım olsun istəyirəm".
4. Bayağılıq
Bu da lazımdır. Amma öz qaydasında. Şitini çıxarmadan. Standart olmaqdan qorxmamaq gərək. Orjinallığı da yerində işlətməlisiniz. Onunla söhbət edərkən yunan mifologiyasına göndərmələr etməyiniz yaxşı olmaz. Mümkün olduqca kütləyə hesablanan danışıqlar aparın.
5. Bezdirməmək
Bir mesaj atdın, gördünüz cavab yazmır, gözləyin. Hara tələsirsiniz? Günlər çuvala girməyib ki! Eybi yox, sabah cavab yazar. Gözləməyi bacarmaq qələbənin yarısıdır...
6. Hisslərini büruzə vermək
Qətiyyən yolverilməzdir. Onsuz da sizin ona yazdığınızı görür, hislərinizdən xəbəri var deməkdir. Bunu ulu-orta deməyə ehtiyac yoxdur. Soyuya bilər sizdən, "yalnız dost ola bilərik" deyər və beləcə hər şey bitər...
7. Cavab verənə yazmaq
Profili araşdırırsınız, sizə uyğundursa, xoşunuza gəldisə və zövqləriniz üst-üstə düşdüsə, o zaman yazın. Cavab verməyənin vaxtını almayın. Deməli, bu sizlik deyil. Cavab verənlə davam edin...
8. Nəzakət
Qızıl qaydadır. Təkcə sosial şəbəkədə deyil, realda da. Əlinizdən gəldikcə xoş sözlər deyin, mübahisələr yaratmayın. Xoşuna gələnlə mübahisə etmək onu "əlvida" sözünə bənzədəcək...
9. Xoşagəlməz təkliflər
İlk dəfə tanış olduğunuza bunu yazmaq olmaz. Vəziyyət ağır olar. Zarafatlar edib güldürə bilərsiniz, film ata bilərsiniz, ya da bir şeir. Ən gözəli şeirdir. Şeir bütün qapıları açır.
10. Pozitivlik
Neqativ ötürməyin. Köhnə sevgilinizlə başınıza gələnlər ona lazım deyil. "Həyatım qaranlıqdır" kimi cümlələrdən qaçın. Düşünün ki, qarşı tərəf onu qaranlıqlardan işığa daşıyacaq adamı axtarır.
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1000 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 997 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 982 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 189 dəfə oxunub
- “Nar” sərfəli smartfon modellərini təqdim edir 187 dəfə oxunub