Ötən ay ölkəmizə gələn turistlərin sayı məlum oldu

634
Ötən ay ölkəmizə gələn turistlərin sayı məlum oldu

Bakıda təşkil olunmuş Şopinq festivalının yekunlarına həsr olunan tədbir keçirilib. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun məlumatında bildirilib ki, aprel ayında ölkəmizə 187 min 577 turist daxil olub.

15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 23% artım var. Mayın ilk on günündə isə 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32% artım olub.

İlk festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. 

Festivalın “Tax Free” sistemin çərçivəsində 23 min 242 ədəd hesab faktura verilib.

Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. 

Festival aylığı ərzində alıcılar 30-70% arası endirimlərdən və satış kampaniyalarından faydalanıblar.

Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksessuarlar mağazalarda 15%-dək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46%-dək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda 200%-dək satış həcminin artması qeydə alınıb.

Xəbər lenti