Mom cinslər ötən ilə damğasını vurduğu kimi, bu il də olduqca dəbdir. Bəs mom cinsləri kombinə edərkən nələrə diqqət etməliyik? Milli.Az ailem.az-a istinadən xanımlara məsləhətləri təqdim edir.
Bədəninizə uyğun olmasına diqqət edin
Mom cins omba və belinizə tam oturubsa, ön hissəsi çox dar olmamalıdır. Gen şalvarlardan qaçın, çünki düşündüyünüzün əksinə, sizi kilolu göstərməkdən başqa bir şeyə yaramayacaq.
Bədəninizi bir az göstərin
Cins şalvar ayaq biləyindən belə qədər bədəninizi örtür. Ona görə də bədəninizin hansısa hissəsini açmaq sizi daha zərif göstərəcək. Məsələn, şalvarın balağını qatlaya bilərsiniz. Yaxud çiyni, göbəyi açıq bluzlar geyinə bilərsiniz.
Arxa qismi görməzdən gəlməyin
Arxa cibləri görünməsi ombanızı daha iri göstərə bilər. Ona görə də geyəcəyiniz kofta şalvarın arxasını örtməməlidir.
Balağını qatlayın
Şalvarın balağını qatlamaq yalnız tarazlığı təmin etmir. Eyni zamanda şalvarın əyində tökülürmüş kimi görünməsinə mane olar. Həm də ayağınızdakı ayaqqabılar boyunuzu qısa göstərməz.
Gözəçarpan parçalar əlavə edin
Cins hər zaman dəbdədir və hər tərzdə geyinilə bilmək kimi üstünlüyü var. Geyiminizi daha gözəgəlimli etmək üçün mom cinslə qəşəng bir bluz geyinə bilər, dikdaban ayaqqabılarla şıklığınızı artıra bilərsiniz.