Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO sammitində siyasi qalmaqal yaşanıb. Daha doğrusu, olayı "komediya" adlandıranlar da var.
Mynews.az-ın məlumatına görə, NATO sammitinə qatılmış dövlət və hökumət başçılarının xanımları Brüsseldəki Leken Kral Sarayında birgə foto çəkdiriblər.
Fransa prezidentinin xanımı Bricitt Makron, Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan, Belçika kraliçası Matilda, NATO-nun baş katibi Yens Stoltenberqin xanımı İnqrid Şulerud, Bolqarıstan prezidentinin qeyri-rəsmi nikahda olduğu xanımı Desislava Radeva, Belçikanın baş nazirinin qeyri-rəsmi nikahda olduğu xanımı Ameli Derbudenyen, Sloveniyanın baş nazirinin xanımı Moyça Stropnik və İslandiyanın birinci xanımı Tora Maqret Baldvinsdottirlə yanaşı, kameralar qarşısında belçikalı memar Qotye Desteney də vardı.
Homoseksual Qotye Desteney Lüksemburqun baş naziri Ksavye Bettelin "xanımı"dır. O, 2015-ci ildə K.Bettelə ərə gedib.
Birinci xanımlar daha sonra Brüsseldəki Rene Maqritt Muzeyinə yollanıblar.
Xanımların arasında Q.Desteney də vardı, çünki protokola uyğun olaraq o, Lüksemburqun baş nazirinin arvadı sayılır.
Milli.az
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub