Honqkonqlu falçı Türkiyə, Rusiya və Çin rəhbərləri barədə proqnozunu açıqlayıb.
Amerikada prezident seçkilərinə hələ aylar öncə qala, Donald Trampın dövlət başçısı seçiləcəyini xəbər verən məşhur Honqkonqlu falçı Priskilla Lam, Türkiyə, Rusiya və Çin rəhbərləri barədə də proqnozunu açıqlayıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda Sözcü qəzetinə məlumat yayıb.
Məşhur falçı Ərdoğan haqda deyib: "At ilində doğulan Ərdoğan üçün bu bahar elə də xoş olmayacaq. Apreldə keçirilməsi planlaşdırılan referendum Ərdoğanın gözləntilərini boşa çıxaracaq. O, referendumda istədiyini əldə edə bilməyəcək". Priskilla Lam Rusiya prezidenti haqda isə daha optimistdir: "O, əjdaha kimi güclüdür və çox şey edə bilər. Putin üçün yaxşı il ola bilər. Onun rəhbərliyində Rusiya iqtisadiyyatı daha da güclənəcək". Çinin hökumət başçısı Şi Çin Pinq falçının proqnozundan razı qala bilər: “Çin Xalq Respublikası bu adamın rəhbərliyində daha çox pul qazanacaq. Bu şəxs uğurları çox olacaq”.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub