Ramazan ayının ilk günündəyik.
Oxucularına bu ayın fəzilətləri, həmçinin oruc tutan zaman aclığı və susuzluğu rahat başa vurmaq üçün bəzi tövsiyələr verəcəyik.
Bu yazımızda müqəddəs kitabımız “Quran”da adı çəkilən tək ədviyyat zəncəfilin faydalarından danışacağıq.
“Zəncəfil. Bu bitki - behişt əhlinin içəcəyidir. “Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirərlər” (“İnsan” surəsi, 17-ci ayət).
İlk öncə deyək ki, Ramazanda iftardan sonra zəncəfil çayı içmək orqanizm üçün çox faydalıdır. Belə ki, bu ədviyyat insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir. Mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu təsirə malikdir.
Bundan əlavə, zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini sürətləndirir.
Bildiyimiz kimi, qida qəbulu gün ərzində normalda 5 dəfə olduğu halda, orucluqzamanı 2-yə düşür. Bu da maddələr mübadiləsinin zəifləməsinə səbəb ola bilər. Düzdür, orucluq ayı zamanı orqanizm artıq şlak və ödəmlərdən təmizlənir, arınır. Lakin bu proseslər zamanı maddələr mübadiləsini də nəzərə almaq vacibdir. Odur ki, iftar süfrənizdən zəncəfil çayını əksik etməyin.
Zəncəfil bitkisinin hansı xəstəliklərə xeyri var?
Zəncəfilil faydasını görmək istəyirsinizsə, bu bitkini nizamlı olaraq qəbul etməlisiniz. Zəncəfilin çox faydası olmasına baxmayaraq, xalq arasında daha çox soyuqdəymədə, ya da qripə yoluxmada istifadə edilir. Halbuki bu bu bitki min bir dərdin dərmanıdır. Onun faydalarını saymaqla bitməz.
Bu kiçik bitki başda xərçəng olmaqla, bir çox dərdə dərmandır. Xüsusilə yumurtalıq xərçəngində istifadə edilməsi tövsiyyə edilir. Çünki zəncəfil bitkisi xərçəngin meydana gətirdiyi hüceyrələrin yox olmasını təmin edir. Təbii ki, xərçəng ciddi bir xəstəlik olduğu üçün mütləq həkim nəzarətində istifadə edilməsi lazımdır. Eyni zamanda, kolon xərçəngini də maneə törətməkdədir. Kolon xərçənginin hüceyrələri sürətlə böyüyərkən bunları dayandırması müşahidə edilib. Zəncəfil bu xəstəlikdən əziyyət çəkənlər üçün tətbiq edilən radio və kimyəvi müalicə zamanı yaranan mədə bulantısını aradan qaldırır. Gün ərzində qəbul edilən qidaların yanında zəncəfil bitkisinin qəbulu bulanmanın yaranmasına maneə törədir. İnfeksiyanı yox edən və bədəndəki ağrıları kəsən, xüsusilə sümük ağrıları üçün çox qüvvətli təbii bir dərmandır.
Zəncəfilin faydaları:
1 .Qəbul edilən qidalardan zəhərlənəndə, zəncəfil bitkisini qəbul etdiyiniz təqdirdə zəhəri atmasını təmin edəcək.
2.Çox şiddətli baş ağrıları üçün və qadınların mensturasiya dövrlərindəki şiddətli ağrıları zamanı zəncəfil bitkisini çay ilə qəbul edə bilərsiniz. Eyni zamanda zəncəfil, yorğunluqdan və stressdən yaranan unutqanlığı azaldır.
3.Ürək damarlarında meydana gələ biləcək tutulmaları aradan qaldırır.
4.Qanı durulaşdırır və təmizləyir.
5.Antidepresan təsiri var, sakitləşdirir.
6.Yaxşı xasiyyətli və pis xasiyyətli xolesterol üzərində olduqca təsirlidir.
7.Ürəyin ritmini nizamlayır.
8.Astma xəstələrində tənəffüs nizamsızlıqlarını tarazlayır.
9.Mədə-bağırsaq sistemində qaz sancılarını və bundan dolayı yaranan ağrıları götürür.
10. Zəncəfil qanda şəkəri normallaşdırır. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Ona görə də bu bitki diabet xəstələti üçün də çox faydalıdır. Diabet xəstələrinin nəzərinə onlar zəncəfili cökə, ya da darçınla birgə qəbul etsələr, daha çox faydasını görərlər.
Qadınlar hamiləliklərinin 8-9-cu aylarında zəncəfildən uzaq durmalıdır. Bu bitkinin çayı yalnız hamiləliyin toksikoz mərhələsində bulantlılardan qurtulmaq üçün məsləhət görülür.
Zəncəfil çayı arıqlamağa kömək edir
Zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var.
Mübadilə proseslərinə təsir edən bu bitki arıqlamaq istəyənlərə çox yaxşı kömək edə bilər. Əgər siz düzgün qidalanma ilə yanaşı zəncəfildən istifadə etsəniz, arzuedilməz kiloqramlardan qurtula bilərsiniz.
Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştah azalır və bu səbəbdən insan daha tez doyur.
Zəncəfil çayı belə hazrlanır:
Orta ölçüdə olan zəncəfil kökünü təmizləyin, xırda doğrayın və axşamdan termosda dəmləyin. Gün ərzində bu çayı adı çay kimi qəbul edin. Çayın dadını yaxşılaşdırmaq üçün ora 1/2 çay qaşığı bal və 1 dilim limon əlavə etmək olar. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır.
Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar.
Oxucuların nəzərinə çatdıraq ki, toz şəklində olan deyil, zəncəfilin kökündən istifadə etsinlər. Onun faydası daha çoxdur.