Çox vaxt unutduğumuz bir həqiqət var: Milyonlarla fanatı olan, kütlələri arxasınca sürükləyən tanınmışlar da bir insandır. Bunu anlamağımız üçün, onların da bizim kimi normal bir insan olduğunu göstərmək məqsədilə bu məzmunu hazırladıq. Qohumunuzdan, dostumuzdan, özümüzdən bir parça tapacağımız bu məzmunda məşhurların qıjı pozalarını görəcəyik.

Sən ki dağ boyda Ririsən. Milyonlar səni örnək alır, sevir, sayır. O necə geyimdi sən canın? Heç kim demədi ki, yaraşmır? Nc nc nc nc

Səhər dursaq və ilk iş özümüzü çəkib paylaşsaq neynir bu başdan xarab deyərlər, amma bunu edən Beckham olandaaxan hamı susur, əlbəttə. Bildik yaraşıqlısan, seksualsan və daha bir çox gözəl xüsusiyyətin var amma bunu da etmə də ay brat!

İndi bu hadisəni görməyən dostumuz yəqin ki yoxdur. Bunu sən, mən etsək ay görməmiş fryərlər, amma Kylie edəndə 2 milyondan çox insan bəyənir. Nə deyək, ədalətin batsın a dünya.

Ay canın gözüm biz də qrip oluruq, salfetka istifadə edirik, burnumuzu silirik. Bunlar adi şeylərdir. Nə gərək var bəs belə bir paylaşım etməyə? Əlbəttə, sən edəndə iyrənc reaksiyalarının yerini ay nə şirin sözləri alır.

Bu oturuş forması sayəmizdə dünyaya yayılmış bir trenddir dostlar. Bunu edən gənclərimizi, cavanlarımızı avara kimi görməyək. Baxın dünyaca məşhur ulduzlar da edir.

Sadəcə istirahət zonalarında daydaylar, xalalar edir sanırdınız? Dünyaca məşhur star da olsan demək ki quma basdırmağı əyləncəli olaraq görür. Yayda sahildə zadda insanları quma basdırılmış görəndə ay qıjı deməyin bundan sonra.

Qonaq getdiyimiz evlərdə adətən bu şəpşəplərdən verilir bizə. Əlbəttə, bunları geyinib çölə çıxan yoxdur deyə ümid edirəm. Siz siz olun Minaja uymayın. Belə bir dəb varsa da qoy bizdən uzaq olsun.

Başa düşürük ay qaqaş, çox gözəl bədənin var, hörmətlə yanaşırıq. Amma day sən etmə bu mənzərədən çörək yemə işini.

Canım Paris sevimli olduğunu güman edirsənsə, deyim bil. Heç də sevimli deyilsən. Sənə bu rollar, bu pozalar yaraşmır.

Bunu ölkəmizdə bir gənc taxsa nələr dəyərsiniz nələr. Amma xalxın oğlu taxanda ay nə şirindi? Bizcə deyil. Biz taxanda qıjı oluruqsa, Pattinson da qıjı olacaq.

Bunu biz etsək, adımız facebookda photoshopun anasını ağladan olardı. Amanda gözəlim qıjısan ki qıjı...

Dünya qıjılıq tarixinin parlayan ulduzu Ronaldo. Sən almayacaqsan da bu maşını kim alacaq hə? Maşını aldın başa düşürük, bəs o duruş nədir ay qıjı? Biz etsək görməmişin bir maşını olub tutub... misalı olacaq vallah.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub