ABŞ-ın Florida ştatında telekanallardan birinin canlı yayımında baş verən sürpriz evlilik təklifi insanların marağına səbəb olub.
3 il öncə ölümün pəncəsində olan bir qızı xilas edən, daha sonra ona vurulan Kemeron Hil hər kəsin gözü qarşısında qızla ailə həyatı qurmaq istədiyini nümayiş etdirib.
Kemeron Hil yerli xəstəxanaların birində təcili tibbi yardım briqadasında işləyir. 2012-ci ildə ona xəyanət edən sevgilisi tərəfindən 32 dəfə bıçaqlanmışdı. Bıçaqlanma hadisəsi ilə bağlı yardıma qaçan həkim sümükləri sınmış Melisanı görəndə onun sağ qalacağına inanan bəlkə də yeganə insan idi. Melisa ölüm ayağında olsa belə, o məhz bu qızla evlənəcəyini beynində dəqiqləşdirmişdi. Nəhayət 3 il sonra 10 min tamaşaçının qarşısında Melisaya evlənmə təklifi edən tibb işçisi müsbət cavab alıb. Möcüzə və Kemeron sayəsində sağ qalan Melisa onun bu təklifini sevinc gözyaşları ilə qəbul edib.