Uşaqların qaranlıqdan, sudan, yalnız qalmaqdan tutmuş oyuncaq ayıya qədər bir çox şeydən qorxması normal haldır. Bəs bu halda valideynlərin öhdəsinə nə etmək düşür?
Metbuat.az bildirir ki, uşaqlar yüksək səslərdən, qaranlıqdan, yüksəklikdən, heyvanlardan, yalnız qalmaqdan, ana-atadan uzaqlaşmaqdan, yad insanlardan, hətta sünnət olunmaqdan qorxurlar. Bu qorxuların onun inkişafının bir parçası olduğunu unutmayın. Diqqət edilməsi gərəkən nəsnə isə qorxuların uşağın yaşı ilə uyğun olub olmamasıdır.
Qorxular özlüyündə yaranır. Bəzən isə ana-atanın uyğun olmayan yaxınlaşmaları ilə ortaya çıxa bilər. Sudan qorxan uşağınızı məcburi hovuza girməyə təkid etsəniz, ömür boyu bu qorxuyla yaşamasına səbəb olarsınız.
İlk əvvəl qorxuların normal ola biləcəyini düşünüb ona hörmət edin. Onu tənqid etməyin. Lağ etməyin. Lağ etmək uşağın içinə qapanıq, narahat, gücsüz, passiv uşaq kimi inkişafına səbəb olur.
Qorxduğu şeylərlə təmasdan bir müddət uzaqlaşdırın. Daha sonra qorxuya yavaş-yavaş öyrəşməsinə çalışın.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub