Yadplanetlilərin adının keçdiyi iddialara bir yenisi daha əlavə olundu. Ancaq bu dəfə içində bütün dünyanın yaxından tanıdığı tarixi simalardan Merilin Monro da var. İddia olunur ki, o, yadplanetlilər haqqında bildiyi həqiqətlər üzündən öldürülüb.
Yadplanetlilərlə bağlı sui-qəsd nəzəriyyələri hər zaman maraqlı olub. Bəzən bu vəziyyətin fərqində olan nəzəriyyəçilər öz iddiaları ilə gündəmə gəlmək istəyirlər, amma insanları inandırmaq üçün yetərli sübutlar olmur. Bu məsələdə həm dəlilləri möhkəm olan, həm də Monronun ölümü haqqındakı sirr pərdəsini aralayan sənədli film sözügedən sarsıdıcı iddianı gündəmə gətirib.
Hollivud əfsanəsi olan məşhur sima Merilin Monronun ölümünün səbəbi hələ də dəqiq bilinmir və sadəcə bu məsələdə onlarca fərziyyə var. Doktor Stiven Greerın sənədli filmə mövzu olan isbatı isə mühüm və təhlükəli kimi səciyyələndirdiyi bir sənədə əsaslanır.
Monronun 5 avqust 1962-ci ildəki ölümü və o dövrdə baş verən hadisələrin adi olmadığını nümayiş etdirir. Məlum olduğu kimi görkəmli simaların çoxu dövlət xadimləri ilə yaxın münasibətlər içərisindədir və bəzən dövlət sirrlərinə yiyələnmələri o qədər də çətin deyil.
Sözügedən sənədli filmdə isə Merilin Monronun yadplanetlərlə bağlı gizlənmiş məlumatlara sahib olduğu və bu məlumatları öyrəndiyinə görə təhdid edildiyi vurğulanır. Doktor Stiven Greer iddiları bu sözlərlə dilə gətirir:
"Çox təhlükəli bir sənədə sahibəm. 5 avqust 1962-ci ildə öldürülən Merilin Monronun dövrün baş prokuroru Robert Kennedi ilə son telefon danışığında bir mətbuat konfransı keçirib UFO layihələri haqqında bildiklərini danışmaqla təhdid edib.
Sənədin tarixi isə 3 avqust 1962-ci ilə, yəni şübhəli ölümdən yalnız 2 gün əvvələ aiddir. Merilin Monronun ölüm səbəbi yüksək dozada narkotik istifadəsi kimi açıqlansa da, bildiyini düşündüyümüz şeylər sadə deyil".
Monronun Roswell əməliyyatları və o vaxt aparılan bir neçə layihə ilə bağlı məlumat sahibi olması təbiidir. Belə ki, açıqlamaqla təhdid etdiyi məlumatlar düşünüldüyü kimi yadplanetlilərin varlığını ortaya qoymasa da bunun əvəzində hökumətin apardığı gizli kosmos fəaliyyətlərini əhatə edə bilərdi.