Hindistanın cənubundakı Tamil-Nadu ştatında, Çennay şəhərində yaşanıb.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, 42 yaşlı Selvi gecə yuxuda olanda onun burnuna tarakan girib. Selvi ayılıb və tarakanı çıxarmağa çalışsa da, həşərat daha da irəliləyib.
"Həşərat çox dərinə getmişdi. O, burnumun dərinliyində, başımda hərəkət edəndə gözlərim yaşarırdı", - Selvi deyib.
Səhərədək əzab çəkən qadını səhər saatlarında kürəkəni klinikaya aparıb. Klinikada müayinədən sonra Selvi xəstəxanaya göndərilib. Lakin həmin xəstəxanada həkim yanlış diaqnoz qoyub, "burnunuzdakı ağrılar şişlə bağlıdır" deyib. Üçüncü xəstəxanada da bir nəticə hasil olmayıb.
Zorla nəfəs alan Selvini sonucda "Stanley Medical College"in nəzdindəki dövlət xəstəxanasına aparıblar. Burada 12 saat gözləyəndən sonra qadının burnundakı tarakan çıxarılıb.
Xəstəxananın otolorinqologiya şöbəsinin rəbəri Madu Şankar deyib: "30 illik praktikamda ilk dəfədir belə hadisə ilə qarşılaşıram. Tarakan sağdı və çıxmaq istəmirdi. O, beyinə yaxın yerdə idi. Tarakan orada qalsaydı, öləcəkdi və infeksiya da beyinə yayılacaqdı".
Əməliyyat 45 dəqiqə çəkib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub