Qorxu insanın başına gələ biləcəyi təhlükə zamanı yaşadığı mənfi emosional duyğu hissidir.
Moderator.az xəbər verir ki, qorxu bəzən insanı ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayır. Ancaq qorxu müəyyən bir dozada olmalıdır və dayanıqlı şəkildə bu hisslərin aşırı dərəcədə yaranması artıq fobiyadır.
Oyuncaq kuklalardan qorxmaq
Bu daha çox "canlı və hissi olan şeylərə çox bənzəyən cansız əşyalara" qarşı duyulan bir qorxudur.
Göllərdən qorxmaq
Bizlər rahatlanmaq üçün göl kənarına gedərkən limnofobisi olanlar göl kənarında nəinki otrumaq hətta yanından belə keçərkən narahat olurlar.
Öz bədənindən qorxmaq
Bu qorxu insanların bədənlərindəki hər hansı bir bölgədən qorxmasına səbəb olur. Düşünün ki, ayağınızı hər gördükdə qorxu yaşayırsınız.
Keçəl insanlardan ya da dazlaşmaqdan qorxmaq
Bu qorxu adətən kişilərə aid olan qorxu kimi düşünulsə də, qadınlarda da keçəl kişilərlə evlənmək qorxusu şəklində ortaya çıxa bilir.
Tük və saçlardan qorxmaq
Bu qorxuya sahib olanlar maraqlı bir şəkildə saç və tüklərdən qorxurlar.
Oğrulardan qorxmaq
Bu qorxuya malik şəxslər, oğrularla üzbəüz gəlməkdən və ya oğrunun qurbanı olmaqdan qorxur.
Bədəndə qırışların yaranmasından qorxmaq
Bu qorxu dünyada ən az tanınan qorxular arasındadır. Təəssüf ki, günümüzdə bir çox qadın bu qorxu ilə yaşayır.
Kompüterdən qorxmaq
İnkişaf edən texnologiyalarla həyatımızın yoğun mərkəzinə çevrilmiş kompüterlərdən qorxmaq bəlkə də haqlı bir qorxudur. Bu cür adamlar isə kompüterlərin yerləşdiyi şəraitdə dayanmırlar.
Axşam yeməyindəki söhbətlərdən qorxmaq
Bu qorxuya sahib olan insanlar izdihamlı axşam yeməklərində danışmaqdan çox qorxurlar.
Güzgü və ya özünü güzgüdə görməkdən qorxmaq
Bu cür adamlar güzgüyə baxanda ruhi aləmlə əlaqəyə keçəcəklərini düşündükləri üçün güzgülərdən qorxurlar.
Şeytan qorxusu
Bu qorxuya malik insanlar ətrafda daima pisliklər planlaşdıran fövqəladə varlıqların olduğunu düşünürlər. Beləliklə, qaranlıq bir mühitdə tək başına qalmaq onlar üçün tamamilə dəhşət vericidir.