İtaliyanın Napoli şəhərinin ərazisində yerləşən İsola La Qayola adasında olanların başına gələnlər adanın lənətlənmiş olması ilə bağlı rəvayətlərin yaranmasına səbəb olub. Adada baş verən qəribə hadisələrin tarixi çox uzun illərə təsadüf edir.
Adada yaşamaq istəyənlərdən biri isveçrəli Hans Braun olub. Buranı satın olana Braun adada bir neçə il yaşadıqdan sonra cəsədi xalçaya bükülmüş halda tapılıb. Onun həyat yoldaşı isə bir müddət sonra boğularaq öldürülüb.
Adanın sonrakı sahibi alman Otto Qrunbax anidən infakt keçirərək vəfat edib.
Ondan sonra İsola La Qayolanı satın almış Baron Karl Paul Langhaym bir müddət sonra müflis olub.
Canni Agnelli adanın özündən əvvəlki sahiblərinin başına gəlmiş olaylara rəğmən buranı satın alıb. Bu addımı atdıqdan sonra isə qohumları bir-birinin ardınca ölməyə başlayıb. Ardınca isə oğlu qaçrılıb. Oğrular ondan oğlunun azadlığı üçün külli miqdarda pul tələb edib.
Adanın son sahibi Canpaskal Qrappone isə cinayətdə ittiham olunur. Onun öldürdüyü deyilən iki nəfər isə adanın qarşı sahilindəki qonşularıdır.




















1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub