Evlilik haqqında doğru bilinən 7 yanlış!

582
Evlilik haqqında doğru bilinən 7 yanlış!

Müasir zamanda insan münasibətləri ciddi mənada pis vəziyyətdədir. Bu vəziyyət evlilik həyatını da zəiflətdi. Artıq insanlar çətinliklə evlənir, ancaq asanlıqla boşanır. Xüsusilə, son illərdə boşanmaq son çarə olmaqdan çıxıb, problemlərin həlli olaraq görülməkdədir. Bu xəbərdə evlilik haqqında doğru bildiyimiz bəzi məlumatların yanlış olduğunu görəcəyik. 

1. Kişilər evlilikdən daha karlı çıxır düşüncəsi tamamilə, səhvdir. Çünki müasir həyatda fərqli kişi və qadın üçün də bərabər, amma fərqli karlılıq vəziyyəti mövcuddur. Məsələn, kişi xoşbəxtlik və səhiyyə mükafatı alarkən, qadın daha rahat maddi və iqtisadi fayda təmin edir.
2. Uşaq sahibi olmaq cütlükləri daha çox yaxınlaşdırar və xoşbəxt edər. Qismən doğru olan bu sözə, tamamilə, doğrudur, deyə bilmərik. Yaxınlıq və xoşbəxtlik xarici faktorlarla artmaz, üstəlik bəzi qadınların analıq duyğusu da ağır gələ bilər.
3. Xoşbəxt bir evliliyin açarı şans və böyük bir eşqdir, düşüncəsi də, səhvdir. Çünki davamlılıq iradə istəyər.
4. Evlənməzdən öncə eşqbazlıq etmək sağlam evliliklərə səbəb olur. Bu düşüncə də səhvdir. Çünki sosioloji araşdırmalar göstərir ki, evlilikdən əvvəl uzun müddət birlikdə olan cütlüklər daha kövrək olduqlarından boşanmaq ehtimalları da yüksək olur.
5. Evlilik köhnəldikcə boşanmaq ehtimalı artar. Yanlış! Boşanmaların çoxu ilk yeddi ildə reallaşır.
6. Evlilik, qadını kişi təcavüzkarlığına daha çox məruz buraxır. Yanlış fikir! Əksinə evlilikdən uzaq münasibətlərdə qadınlar daha çox təcavüzkarlığa məruz qalır.
7. Evlilik cinsi həyəcanı azaldır, cinsəlliyi zəiflədir. Bu məlumatı da unudun! Çünki evlilikdə cinsəllik, şəhvəti ölçülərdən ruhi ölçülərə daşınır. Evli cütlüklər güvən duyğusu ilə birlikdə cinsəllikdən həm fiziki, həm də duyğusal olaraq  ləzzət alırlar. 

Xəbər lenti