Beynəlxalq Müsəlman Alimlər Birliyi oruc tutulması ilə bağlı qeyri-adi fətva verib.
APA TV-nin məlumatına görə, birliyin rəhbəri və Avstraliya müftisi Mustafa Rəşid ABŞ telekanallarından birinə verdiyi müsahibədə orucun ancaq varlılar üçün vacib olduğunu deyib. Kasıblar isə könüllü şəkildə oruc tuta bilər.
Müfti fərqli ölkələrdə kasıblığın da fərqli olacağını, Misir üçün aylıq qazancı 500 dolları keçməyən birinin kasıb sayılacağını deyib: "Orucun məqsədi kasıbın qarnını doyurmaqdır və bir insan hər gün bir kasıbın qarnını doyurursa, bu ən yaxşı orucdur".
Bununla belə, fətvanın kasıb insanlara orucu buraxmaq çağırışı anlamı daşımadığını, əsl məqsədin orucun prinsiplərinin anlaşılması olduğu bildirilib.
Başqa din alimləri isə fətvanın İslam hüququna uyğun olmadığını, ağlı başında olan, səyahət etməyən və sağlam hər müsəlmanın oruc tutmasının lazım olduğunu bildirir.
Müfti Mustafa Rəşid maraqlı yanaşmaları ilə tanınır. O, bir müsəlmanın sərxoş olmadıqca alkoqol istifadə edə biləcəyini deyir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub