Ötən gecə Ziraat Türkiyə kubokunun növbəti turunda daha çox mübahisəli epizodlarla yadda qalan "Beşiktaş" - "Fənərbağça" oyununun kritik epizodlarına aid yeni görüntülər ortaya çıxıb.
Mynews.az-ın məlumatına görə, qara qartalların serbiyalı mərkəz müdafiəçisi Tosiçi provokasiyaya çəkən Van Persinin həmin görüntüləri Türkiyədə böyük əks-sədaya səbəb olub.
Qırmızı kart alan oyunçunun paltar geyinib-dəyişmə otağından oyun bitəcəyi zamana qədər çıxması FİFA qaydalarına görə qadağan olsa da, serbiyalı müdafiəçi fırıldağa əl atıb. Belə ki, Tosiçin başqasına aid olan akreditasiya ilə yenidən meydanın kənarına qayıdaraq oyunu stadiondan izlədiyi görüntüləri ortaya çıxıb. Tosiçin qaydalara əsasən, daha bir cəzayla üzləşəcəyi deyilir.
Qeyd edək ki, qonaqlar derbidən 0:1-lik qələbəylə kubokun 1/8 finalına adını yazdırıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub