400 milyardlıq sərvətin sahibindən varlanmağın SİRRLƏRİ

714
400 milyardlıq sərvətin sahibindən varlanmağın SİRRLƏRİ

Sərvəti hesablanmış ən zəngin adam olan Yakob Fuggerin zənginlik məsləhətlərini təqdim edirik.

Bu gün dünyanın ən zəngin adamı Bill Gates olsa da, 15-ci əsrin sonlarında Avropada şirkətlər quran, krallara borc verən Yakob Fuggerin sərvətinin yanında bir heçdir.  

Fugger qardaşı ilə birlikdə gənc yaşlarında ticarətə atılıb. İtaliyaya parçadan ərzağa qədər nə tapa bilibsə satıb. Sonra mədən sektoruna girişib. Avropa dövlətləri üçün pul kəsməyə başlayıb. Krallara borc verən, 1519-cu il seçkilərində V. Çarlza Roma İmperiyasının qapılarını aralayan Fugger bu gün yaşasaydı sərvəti 400 milyard dollara bərabər olacaqdı. Fuggerın sərvəti 16-cı əsrdəki Avropada ümumi daxili məhsul istehsalının yüzdə 2-nə uyğun gəlib. Fuggerin tutduğu bu nisbətə 600 il sonra Con D.Rokfeller yaxınlaşa bilib. Fugger 1525-ci ildə vəfat edib.  

Marketwacth dünyanın ən zəngin insanı Yakob Fuggerin tövsiyələrini açıqlayıb. Məhz Fuggerin əl yazmalarından götürülmüş qızıldan qiymətli həmin tövsiyyələri təqdim edirik:      

1. BAŞQALARI QORXARKƏN SİZ SƏRMAYƏ QOYUN  

Fugger sərvətini çoxaldan iki böyük risk edib. Bunlardan ilki Tyrol Ershersoqu Sigmunda Venesiya işğal etməsi üçün maliyyəyə verməsi olub. Ardşidük Venesiyanı fəth edib. Əvəzində yaşadığı bölgənin ən böyük gümüş yatağından istifadə hüququnu qazanıb.  

Fugger başqaları qorxarkən Macarıstanın cənubundakı bir mis mədənini də işlədib. Digər investorlar Osmanlı İmperiyasının regionu fəth edəcəyi həyəcanı ilə mis mədəni istismarına isti baxmırdılar. Fugger isə mədəni alıb və olduqca yaxşı pullar qazanıb. Fuggerin ölümündən sonra Osmanlı ərazini işğal edib.  

2. ƏVƏZOLUNMAZ OLUN  

Uğursuz olmayacaq qədər böyüyün. Müştəriləriniz istədikləri pulun yalnız sizdə olduğunu bilsinlər. Beləliklə onlara istədiyiniz şərti qoya bilərsiniz.  

3. HƏQİQƏTLƏRİ BİLİN  

Fugger məlumatın güc olduğunun fərqinə varıb. Avropanın dörd bir yanında müxbirlər işlədib. Müxbirlər ətrafda olub bitəni davamlı Fuggere xəbər veriblər. Bəzilərinə görə Fugger dünyanın ilk xəbər agentliyini qurmuşdu.  

4. YAXŞI TƏHSİL ALIN  

Bankçılığı kəşf edən İtalyanlar hesab dəftəri tutma və balans hazırlamada ustadıdır. Amma Alp dağlarının şimalında bu sistemi ilk tətbiq edən şəxs Fuggerdi. Eyni zamanda şirkətlərini tez-tez yoxlatdıran Fugger hesab tutumunda olduqca ciddi olub.

moderator.az

Xəbər lenti