UNO-ları araşdıran Rusiyanın məşhur ufoloqu Vadim Çernobrov 52 yaşında, elmi araşdırmalarının çiçəklənən dövründə qəfildən öldü. Onu haqlı olaraq Rusiyanın əsas ufoloqu adlandırırdılar. Çernobrovun ölümü ümumilikdə Rusiyada ufoloqların qəfil ölümlərini gündəmə gətirdi.
“Komsomolskaya pravda” (KP) ufoloqların müəmmalı ölümlərini araşdırıb.
Rusiyada UNO-larla bağlı elmi araşdırmalar 40-cı illərdə meydana çıxdı. Bu həmin vaxt idi ki, Qərbdə “uçan boşqablar” və gəlmələr haqda danışırdılar. SSRİ-də ufologiyanın pioneri fantastik janrda romanlar yazan yazıçı Aleksandr Kazansev hesab olunur.
Ən məşhur Rusiya ufoloqu isə Çernobrov idi. O, dünyanı gəzib dolaşmış və kosmosun sirləri haqda iki kitab yazmışdı, həmçinin, bir çox məqalənin müəllifi idi. Onun 22 il öncə Rusiyada buğda sahəsində sirli dairələr haqda məqaləsi yayımlandı.
“Həmin vaxt Britaniyada əkin sahələrində sirli dairələr haqda hamı bilirdi. Bu dairələrin Rusiyada da peyda olması hamının diqqətini çəkmişdi. Bu haqa məqalə dərc olunandan sonra həm yerli, həm də xarici mediada yenidən yayımlandı. Bu, uğur idi”, - deyə ufoloq danışırdı.
Çernobrovun ölümü tapmaca idi, çünki onun cəmi 52 yaşı var idi və kifayət qədər enerjili idi.
Onun ölümü haqda həmkarı, RUFORS-un direktoru Nikolay Subbotin feysbik səhifəsində yazırdı ki, 18 mayda Vadim Çernobrov öldü: “Bununla yenidən qəribə hisslər ortaya çıxdı. Hansı ki, bu hisslər ufoloq Yuri Smirnovun sirli ölümündən sonra yaranmışdı. Sonra Svetlana Jarnikova və Andrey Sklyarov öldü. İndi də Çernobrov. Sanki sirli və amansız snayper atəşi ilə bizim komandirləri öldürür”.
Həqiqətən də rusiyalı ufoloqlar bir-bir sirli şəkildə ölmüşdü və belə ölümlərin ardbarda olması şübhələrə yol açırdı.
Nikolay Subbotin “KP”-nin ufoloqların sirli ölümləri ilə bağlı suallarını cavablandırıb:
- Rusiyanın ufoloqlarını kim öldürür, xüsusi xidmət orqanları, yoxsa yadplanetlilər?
- Mən burada sui-qəsd nəzəriyyəsini rədd edirəm. Nə gizli dünya hökuməti, nə ABŞ-ın, nə də Rusiyanın xüsusi xidmət orqanlarından şübhələnirəm. Smirnov, Jarnikova, Sklyarov və Çernobrov bu işlə onilliklər ərzində məşğul olublar. Əgər onlar həqiqətən də qüdrətli insanlara, yaxud sistemə mane olsaydılar, çoxdan aradan götürülmüş olardılar.
- O zaman yerdə gəlmələr qalır.
- Bir sıra tədqiqatçılar bu fikri bölüşür. Dünyanı idarə edən güclər, dindarlar onu Allah adlandırır, bəzi şeylərin açılmasını istəmir, çünki insanlar bunu həzm edə bilməz. Qumbaranı meymuna vermək olmaz, o, özünü partlada bilər. Bu, bəşəriyyətlə də belədir. Bu versiya var ki, ölən ufoloqlar ümumdünya qanunlarının açılışına çox yaxınlaşdılar.
- Nikolay, Smirnovun sirli ölümü haqda yazırsınız. O, vaxtilə implantlar haqda danışırdı, hansı ki, son günlər tez-tez reklam olunur.
- İmplantlar insanların dəriləri altında yerləşir. Smirnov deyirdi ki, bunu yadplanetlilər oğurlayır və insanları idarə edirlər. 90-cı illərdə bu iddia fantastik görünürdü, indi texnologiya bunun çiplər olduğuna aydınlıq gətirib. Mən uzun müddət Yuri ilə əlaqə saxlayırdım, biz yazışırdıq, materialları mübadilə edirdik. O, mənə öz tədqiqatları və videokasetlər göndərirdi. Lakin implantlar haqda həvəssiz danışırdı. Bəzən düşünürdüm ki, o, bu mövzudan çox danışmağa ehtiyat edir. Onun dostları danışırlar ki, Smirnovun ölümündən sonra onun çox qiymətli meteroit kolleksiyası, həmçinin, implantlar haqda yazdıqları yoxa çıxdı. Mümkündür ki, adi cinayətkarlar çox qiymətli kolleksiya üçün ufoloqu öldürüblər. Lakin bu, inandırıcı görünmür.
Jarnikovanın isə 69 yaşı var idi və güman etmək olar ki, onun ölümü yaşla əlaqədar olub. Sklyarovun ölüm tarixi isə doğrudan da mistikdir. O, Andrey Yuriyə qədim sivilizasiyalar və Misir ehramlarının sirləri haqda müsahibə verməyə hazırlaşırdı. Lakin qəfil öldü. Onun həyat yoldaşının danışıqları da qəribədir. Həyat yoldaşı “Ölüm gözlənilməz deyildi. Problemlər əvvəldən yaranmışdı. Hər ekspedisiyadan sonra səbəbsiz yerə evdə elektronika sıradan çıxırdı. Biz öyrəşdik və hər şeyi əvvəldən disklərə köçürməyə başladıq. Bir il əvvəl Türkiyədə ekspedisiya zamanı insult oldu, lakin özündə güc taparaq ayağa qalxdı və işini davam etdirdi. Mayda Ermənistanda infarkt oldu, yenə sağ qaldı. Sentybarda ikinci infarkt zamanı ölüm qaçılmaz oldu” deyə danışır.
Sklyarovun cəmi 55 yaşı var idi. Vadim Çernobrov da 52 yaşında öldü. Sonradan məlum oldu ki, o qan xəstəliyindən əziyyət çəkirmiş. Xəstəliyini gizlədirdi. Maraqlı odur ki, o bu xəstəliyə Misir səhralarında UNO-ların izini axtararkən tutulmuşdu. Və burada UNO-larla bağı xəstəlik versiyası yada düşür.
Ehtimal olunur ki, bu, UNO-lara yaxınlaşan zaman tutulan qan xəstəliyidir. O da maraqlıdır ki, Çernobrovdan cəmi bir ay əvvəl bu ilin 8 aprel tarixində kosmonavt Qeirqi Qreçko ürək çatışmazlığından vəfat etdi. Onlar eyni ekspedisiyada idilər. Qreçko Rusiyanın ən güclü kosmik tədqiqatçısı idi. Onun “№34 kosmonavt. Tilişkədən gəlmələrə qədər” adlı məşhur kitabı var. Çernobrovla aralarında böyük yaş fərqinə baxmayaraq, möhkəm dost idilər. 2006-cı ildə Vadimlə birgə Misirdə “Musanın mağaraları”nnın axtarışı üzrə ekspedisiya təşkil etdilər. 2010-ci ildə Rusiyada UNO-ların düşdüyü yer kimi göstərilən kilsəni öyrəndilər. Bu, Qreçkonun getdiyi son sahə idi. Lakin son günlərə qədər Qreçko Yerdən kənar sivilizasiyaların nümayəndələrinin axtarışları ilə maraqlanırdı.
Fərziyələr var ki, Qreçko və Çernobrov UNO-ların axtarışları zamanı xəstələndilər və nəticədə öldülər.