Goranboydakı su quyusu görənləri təəccübləndirir. Sakinlər bu suyun müalicəvi olduğunu da iddia edirlər. Yerdən qalxan buğ, alov, hətta bir neçə kilometrdən diqqət çəkir. Yaxınlaşdıqda isə yanan şeyin yerin altından çıxan su olduğu məlum olur.
Mynews.az-ın Xəzər Tv-yə istinadən bildirir ki, görüntülər Goranboyun Qızılhacılı qəsəbəsindəndir.
Su quyusu ötən əsrin 40-cı illərində əslində neft məqsədi ilə qazılıb. Qəsəbə sakinləri 3 min metrdən artıq dərinliyə malik olan quyudan çıxan mayenin qaz, kükürdlə qarışıq olduğu üçün yandığını deyirlər. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər.
Yerin altından çıxan maye duzlu olduğundan təsərrüfatda istifadə edilməsə də, kəndlilər sudan ayrılan qazdan istixananın qızdırılmasında və tikinti materialını hazırlamaq üçün yararlanırlar.
Yerli sakinlər müalicəvi suyun çıxdığı ərazinin ətrafının abadlaşdırlmasını, turizm məqsədi ilə istifadə edilməsini vacib hesab edirlər. Goranboyun Bolsulu, Qazanbulaq, Ballıqaya kəndlərində də belə müalicəvi sular çıxır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub