Toy günü hamı üçün çox özəldir və hər kəs toy günnün çox özəl, yaddaqalan keçməsini arzu edir. Jefferson və Jessica cütlüyü də onlardan biri idi. Ancaq toylarında Jeffersonun Jessicaya bir başqasını sevdiyini açıqlaması gəlini şok edib. Bəyin bu etirafdan sonra isə hər şeyi daha da gözəlləşib.
Mynews.az Moderator.az-a istinadən xəbər verir ki, Portuqaliyalı Jefferson və Jessica cütlüyü tanış olduqdan sonra bir-birilərinə aşiq olub evlənməyə qərar veriblər.
Toyda nikah kəsilənə qədər hər şey normal gedib. Ancaq nikahdan az əvvək Jefferson həyat yoldaşına dönərək kimsənin gözləmədiyi bir etiraf edib. Başqasını sevdiyini deyib. Jefferson etirafından sonra kiçik bir qızın qarşısında diz çöküb. Bəy təkcə gəlinə evlənmə təklif etməyib. Eyni zamanda gəlinin 8 yaşlı qızı Giovannanı da ölənə qədər sevəcəyinə dair and içib.
Jefferson Giovannaya yanına gəlməsini işarə edib. Atası olaraq onu nə qədər sevəcəyini və onun üçün nələr edəcəyini söyləyib. Jefferson ağlayaraq "Tək bir dilək şansım olsa, sənin mənim qızım olmağını istərdim. Sənin qədər gözəl, ağıllı və təhsilli bir qızım olduğu üçün dünyanın ən qürurlu atasıyam" deyib.
Jefferson kiçik qızın gözlərinə baxaraq eynən anasına verdiyi söz kimi həyatı boyunca yanında olacağını söyləyib. Jeffersonun bu hərəkəti qarşısında Giovanna gülümsəyərkən Jessica və bütün dəvətlilər göz yaşlarına boğulub.
Jefferson sonda "Sənə bir ata olaraq bütün sevgimi verəcəyəm və daim yanında olub səni qoruyacağam" - deyib.
Giovanna da mikrofonu alaraq yeni atasına göz yaşları içində təşəkkür edib.
Mynews.az indi bütün Portuqaliyanın danışdığı həmin toyun video görüntüsünü də təqdim edir: