Sevgiliniz əlinizdən bu cür tutursa, münasibətiniz bitmək üzrədir - FOTOLAR

829
Sevgiliniz əlinizdən bu cür tutursa, münasibətiniz bitmək üzrədir - FOTOLAR

Bədən dili və hərəkətləri, qarşınızdakı insanın ya da insanların xarakterləri haqqında müəyyən fikir formalaşdırır. Fərqində olmasanız belə, birlikdə olduğunuz insanla necə əl-ələ tutmağınız sizin münasibət haqqında bilgilər verir. Əl tutuşuna görə münasibət haqqındakı fikirləri təqdim edir:

1. Bir-birinə keçirilmiş barmaqlar

Ovuclarınızn bir-birinə toxunması və barmaqlarınızın iç-içə girməsi həyəcanlı və sevgi dolu bir münasibətiniz var deməkdir.

Bir-birinə bağlı olan bu insanlar əllərini bu formada tutur. Lakin fərqində belə olmadan bu bağlılıq bəzən həddini aşır və bu cür əl-ələ tutan cütlüklər bir-birinin həyatına çox müdaxilə edir.

2. Yumruğu ovcunun içində saxlamaq

Əgər münasibətdə bir tərəf digər tərəfin yumruğunu ovcunda sıxıb saxlayırsa, dominant tərəf o sayılır. 

Qarşı tərəf yumruğunu sıxan tərəfin dediyini etməyə çalışır. Bəzən bu cür davranış eqoistlik yaradır.

3. Biləklər yapışıq, barmaqlar iç-içə

Bu əl tutuşunda da barmaqlar iç-içə keçmişdir. Lakin burda önəmli olan əllərin bir-birini nə qədər yaxşı tutmağıdır. 

Biləkləriniz belə bir-birinə yapşırsa, o zaman qarşınızdakını bir az azad buraxın.

4. Rahat tutulan əllər

Münasibətdə bir tərəf digərinin əlini rahat tuta bilər. Bu münasibətlərin çoxunda görünən bir haldır. Başqa tərəfdən yanaşsaq, bu cür əl tutuşunun arxasında ciddi səbəblər ola bilər.

Bu səbəblə də birlikdə olduğunuz insanla yaşadığınız problemləri dərindən araşdırmaqda fayda var.

5. Ovucları birləşdirib əl-ələ tutmaq

Əgər sevdiyiniz insan əlinizi bu formada tutubsa, sevgiyə və qayğıya dayanan bir münasibətiniz var.

Bir-birinizə hörmət edirsiniz. Digər tərəfdən də həyəcanlı bir münasibətiniz olmadığının da göstəricisidir.

Elə buna görə də münasibətinizə yeni həyəcanlar qatmağı unutmayın.

6. Tək barmaqla əl-ələ tutmaq

Tək barmaqla əl-ələ tutan cütlüklər azadlıqlarına düşkün olur. 

Bu cütlüklər bir-birlərinin şəxsi həyatlarına hörmət edir və yeri gəldikdə geri çəkilməyi bacarır. Lakin bəzi hallarda bu azadlıq soyuqluğa səbəb olur.

7. Əllərdən keçib, qollardan tutanlar

Bu cür bir-birinə sarılan gənclər əsasən ictimai tədbirlərdə müşahidə olunur. 

Bununla yanaşı, hər gün bu formada əl-ələ tutursunuzsa, sevgilinizə sahib çıxmağa çalışırsınız, ya da güvənsizlik hiss edirsiniz.

Xəbər lenti