Tovuzda toy öz fərqliliyi ilə diqqət çəkib. Toy karvanını atlardan və at arabalarından təşkil edən bəy bununla xanımına surpriz edib. Qeyri-adi karvan izləyənlərin də böyük marağına səbəb olub.
Atlar və bəzədilmiş arabalar...
Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, müasir dövrdə qədimi xatırladan bu toy karvanı böyük marağa səbəb olub. Görüntülər Tovuzun Xatınlı kəndindəndir. Kənd sakini Zaur Əmiraslanov öz toyunda bəy karvanını at arabalarından təşkil edib. Bununla da o, xanımına surpriz etmək istəyib. Bəy və gəlin isə xüsusi hazırlanmış faytonla kartejə qoşulublar.
Bəy qədim adətləri də yaşamaq üçün belə bir addım atdığını deyir. O, bildirir ki, xarici maşınlarla hər kəs gəlin gətirir. Ancaq bu cür toy karvanı daha yadda qalan olur.
Toy karvanı insanlarda da böyük maraq doğurub. Kənd sakinləri və qonaqlar indiki dövrdə belə toylara nadir hallarda rast gəldiklərini deyirlər.
Toy karvanı kəndin küçələrini gəzdikdən sonra məclisə daxil olub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub