Aşiq olmağın bədəninizə göstərdiyi təsirdən danışacağıq. İlk növbədə oradan başlayaq ki, aşiq olduğu zaman insanın göz bəbəkləri böyüyür. Birindən təsirlənən zaman simpatiya sinir sistemində oyanma meydana gətirir və bu oyanma nəticəsində göz bəbəklərində böyümə meydana gəlir.
Xəstəlik hissi
İnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüştürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır.
Güc hissi
Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.
Gözlərini ondan ayırmamaq
İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir. Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır.
Səs yüksəlməsi
İlk “vurulma” mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı olur.
Yanında olmayanda təlaşlanmaq
Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar.
Hormonlar qarışır
Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür.
Ürək qırılması
Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər. Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi nadir hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə edilir.
Cinsi istək
Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə, bununla bağlı filmlərə baxmaq məsləhətdir.
Kökəlmək
“Ailə qurduqdan sonra kökəldi” fikrinə tez-tez rast gəlinir. Xoşbəxt münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı və şirniyyatla qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10 kiloya yaxın kökəldiyi bildirilir.
Ömrü uzadır
Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır. Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40 yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib. Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5 faiz aşağı düşür.
Yuxu problemi
Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz. Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir. Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə adaptasiya olmağı da çətinləşdirir.
İlham gəlir
Yazıçıların çoxu ilham qaynağı olaraq depressiyanı göstərsələr də, araşdırmalar sübut edib ki, insan sevən və sevilən müddətdə yaradıcılığının ən yüksək zirvəsində olur. Bunun səbəbi isə aşiq olan insanların çoxunun uzun zaman kəsimlərinə konsentrasiya olmaq, layihələri və ehtiraslarına qarşı bütöv bir yanaşma mənimsəmələri və məqsədə çatma üsullarını dəyişmələridir. Başqa sözlə desək, eşq xəyal gücünü genişləndirir.
Cinsi macəralar
Qadınlarla aparılan araşdırma isə göstərib ki, ciddi münasibət yaşadığı vaxtlarda yeni təcrübələr aparmağa daha çox meylli olurlar, arzular qururlar. Bununla yanaşı, cinsi həyatları haqqında təxminləri və xəyal güclərini də işə salırlar.
Xroniki ağrılar azalır
Sevgi münasibətləri xroniki xəstəliklərə qarşı yaxşı təsirə malikdir. Dərin sevgi hissləri beyində ağrıkəsici fəaliyyəti göstərən bölgələri hərəkətə gətirir.