Qızlarını kişiyə çevirən MÜSƏLMAN ÖLKƏSİ səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTOLAR

856
Qızlarını kişiyə çevirən MÜSƏLMAN ÖLKƏSİ səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTOLAR

Əfqanıstan qadınlar üçün çox təhlükəli ölkədir. Bu ölkədə qız övladının doğulması ailələri qəm-qüssəyə batırır, bir neçə qız övladı isə artıq faciə deməkdir. Belə kişilər lağ hədəfi olurlar, qadınlar da elə öz həmcinsləri arasında ələ salınır. Hətta qızların özləri də böyüyüb ağıl kəsəndən sonra qız doğulduqlarına peşman olurlar.

Çünki bütün ömürləri köləlikdə, ev dustaqlığında keçir. Bu ölkədə qadınlar oxumaq, işləmək bir yana, heç dükan-bazara da çıxa bilməzlər.

Publika.az xəbər verir ki, valideynlər bunun çıxış yolunu tapıblar. Ailədəki qız övladlarından birini oğlan edirlər. Adını da “baça poş” qoyurlar. Yəni “oğlanabənzər qız”.

Qəribə səslənsə də, bu, ölkə əhalisi tərəfindən qəbul olunmuş addımdır. Çoxsaylı qız övladların biri oğlan kimi böyüdülür, hətta ona oğlan adı verilir, saçları qısa kəsilir, oğlan paltarı geyinir, ataya çöl işlərində kömək edir. Əvəzində isə oğlan kimi azadlıq qazanır. Oxuya, işləyə bilir. Həyət-bacada oğlanlarla futbol və ya digər kişi oyunlarına sərbəst qatılır. Bu qızlara digər bacılara nisbətən daha hörmət olunur. Bir şərtlə ki, qız mütləq oğlan olmağın haqqını versin. O, özünü qız kimi apara bilməz, ağır işlərdən şikayətlənə bilməz. Mütləq kişi kimi döyüşməyi bacarmalıdır. Həmçinin inanclı əfqanlar hesab edirlər ki, qızlardan birinin oğlanlaşması ananın mütləq tezliklə oğlan doğacağına zəmin ola bilər.

Amma problem bu cür qızların yetkinlik yaşına çatandan sonra başlayır. Onlardan bəzilərinin baxışları həqiqətən də dəyişir: kişi kimi qadınlara meyil salırlar. Ərə getmir, nikahdankənar qadınla yaşayırlar, çünki dini və dövlət qanunlarında eynicinsli nikah yasaqdır. Lakin əksəriyyəti həddi-buluğa çatandan sonra yenidən qadın qılafına qayıdır. 18-20 yaşlarında mütləq qohuma ərə verilir. Çünki yad adamlar belə qızları özlərinə arvad etmək istəmirlər. Baça-poşlar yenidən qadınlaşsa da kişi xarakteri dəyişmir: ailədə söz sahibi olurlar, yemək bişirə, ev işləri görə bilmirlər, qadın incəliyindən uzaq olurlar. Bəziləri isə azadlıqlarından istifadə edib başqa ölkələrə köçür, ya da öz ailəsində söz sahibi olurlar. Məsələn, Əfqanıstanın Milli Assambleyasının üzvü Əzizə Rafaat vaxtilə baça-poş olub, odur ki, indi kişilərin arasında rahat siyasətlə məşğul ola bilir.

 

Xəbər lenti