”Doğulacaq uşağın cinsiyyəti atadan asılıdır”.
Bunu Metbuat.az-a açıqlamasında həkim ginekoloq Xəyalə Təhməzi deyib: “Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY-dır. Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur. 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom”.
Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y). Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər. Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq.
Tibbi cəhətdən açıqlamadan məlum olur ki, kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan “narazılığının” heç bir əsası yoxdur.
Uşağın cinsiyyətini əvvəlcədən təyin etmək mümkündür?
Həkim deyib ki, hamilə qadınlar arasında bir çox testlər yayılıb, ancaq bunların heç bir əsası yoxdur. Uşağı cinsiyyəti hamiləliyin 12-ci həftəsində, 3 ayın tamamında məlum olur. Yalnız müasir texnologiya köməyi ilə süni mayalanma prosesində təyin etmək olar. Proses zamanı yumurta hüceyrələr mayalandırılır və mayalanmış yumurta hüceyrələrin içərisində hüceyrələrin cinsiyyət seçimini aparmaq mümkün olur. Başqa halda, cinsiyyəti yalnız 12-ci həftənin sonunda bilmək mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub