Çıxışlarımız haqda çox danışmağa icazəmiz yoxdur. Bizi şounun yaradıcı heyəti dəvət edib. Onlarla yanaşı dörd-beş ölkədən də dəvət almışdıq. Qərar verdik ki, ən məşhurunu seçək.
Bu sözləri axşam.az-a açıqlamasında qubalı pəhləvan Laçın Abdulhüseynov deyib.
Qardaşı Hüseynlə birlikdə ABŞ-da "America Got Talant"a qatılan pəhləvan məqsədlərinin "Ginnesin rekordlar kitabı"na düşmək olduğunu söyləyib:
"Gürcüstandakı "Talant" şou, Türkiyədə "Yetenek sizsiniz" bizi dəvət edib. Hindistanın "Dünya Rekordlar Federasiyası"ndan da dəvət almışdıq. Hələ fikrimizdə "America Got Talant" yarışmasıdır. Qarşıda yeni nömrələrimiz var. Bu dəfə qorxulu səhnələr olmayacaq. Amma "Ginnesin rekordlar kitabı"na daha qorxulu çıxışlar hazırlayırıq. Onlar qorxulu səhnələri xoşlayırlar. Yüz faiz əminəm ki, bu kitaba düşəcəyik. Bəzi nömrələr var ki, dünyada göstərilib. Biz həmin rekordları birdəfəyə təzələyəcəyik. Eyni zamanda da dünyada görünməyən çıxışlar edəcəyik".
L.Abdulhüseynov bəzi çıxışlarının yayımlanmadığını söyləyib:
"Çıxışlarımız onları çox qorxutdu. Ona görə də bir neçə hissəni kəsiblər. Ukrayna ilə müqayisədə bunlar ürəyizəifdilər. Çünki Ukraynada şou zamanı daha qorxulu nömrələr göstərirdik.
Deyirlər ki, "Ginnesin rekordlar kitabı"na düşəndə ayda 1 milyon pul ödəyirlər, ilk dəfəyə yüz min verirlər. Bunlar yalandır. Onlar şoulara pul qarşılığında qatılmağa və kinolara çəkilməyə şərait yaradırlar".
Pəhləvan çıxış zamanı yaralandıqlarını da deyib:
"Belə hallar tez-tez olur. Başla zərbə vurduğumuz üçün zədə almışdıq. Artıq sağalmışıq".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub