Müasir elektron cihazlara əsasən 5 il zəmanət verilir. İndi göstərəcəyimiz radionun isə 52 yaşı var. Amma hələ də təzə və işlək vəziyyətdədir. Müasir radio dalğalarını da çox asanlıqla tuta bilir.
52 il əvvəl istehsal edilib, amma hələ də təzə və işlək vəziyyətdədir. Kənardan təzə görünən bu radio 1965-ci ildə istehsal edilib. Hazırda da paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Məhərrəm Məcidov tərəfindən qorunub saxlanılır. Radionun sahibi deyir ki, bu cihaz ona atasından qalıb. Qiyməti isə bilinmir.
Radionun üst hissəsində isə val yerləşir. Həm radio özü, həm də val tam işlək vəziyyətdədir.
Emalatxanada qorunub saxlanılan digər cihazlar isə 1973-cü ildə istehsal edilən maqnitafon və 1965-ci ilin bu kiçik radiosudur. Bunlar da işlək vəziyyətdədir. Lakin kiçik radio müasir dalğaları tuta bilmir.
Məhərrəm Məcidov bildirir ki, indiyə kimi bu radionu satmaq fikri olmayıb. Məhərrəm Məcidov radıonu hətta maşınla da dəyişə biləcəyini deyir.
"Xəzər xəbər"in hazırladığı videomaterialı təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub