Pul qazanmaq, insanların diqqətini çəkmək naminə şirkətlər ağlasığmaz yeniliklərə əl atırlar. Adi səyahətlərlə diqqət çəkilmədiyini görən şirkətlər indi də seks-səyahətləri təklif edirlər. Uzaq sahillərə, yəni Adriatik dənizinə imkanlılar üçün seks-səyahət təşkil olunacaq.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, “İstək” adlı səyahəti “Original Group” şirkəti təşkil edir. Bu səyahəti seçənlər sentyabrın 23-dan oktyabrın 3-dək dəbdəbəli gəmidə lüks şəraitdə, kütləvi sekslə məşğul ola biləcəklər.
Lüks gəmiyə bileti yalnız cütlüklər ala biləcəklər. Təşkilatçılar həmçinin səyahətçilərin ixtiyarına intim gecələr, mağazalar, hətta seksual mövzulu oyun zalları da verəcəklər. Bileti adambaşına 2900 – 11000 arasında olan səyahət zamanı gəmi İtaliya, Sloveniya və Xorvatiyada müvəqqəti dayanacaq.
Qeyd edək ki, bu səyahət dünyada bir ilkdir.