13 rəqəmi niyə uğursuzdur? Tarixdəki 13 izləri... - FOTOLAR

706
13 rəqəmi niyə uğursuzdur? Tarixdəki 13 izləri... - FOTOLAR

İslam dini xaric, dünyada bir çox din və təriqət 13 rəqəminin uğursuz olduğunu hesab edir. Hətta bunu gündəlik həyatına əks etdirən insanlar da var. Məsələn, təyyarədəki oturacaq, ev nömrəsi, eyni zamanda, oteldə qalacağın otaq 13 rəqəmli olmamalıdır.

Maraqlıdır, 13 rəqəmi niyə uğursuz hesab edilir?

Mynews.az Türkiyə mediasına istinadən bildirir ki, müsəlmanların 13 rəqəmi ilə bağlı belə bir iddiası yoxdur. Hətta bu rəqəm müsəlmanlar üçün uğurlu hesab edilə bilər:

(571-ci il) 5+7+1=13. Məhəmməd Peyğəmbərin (s.ə.s) doğum günü;

(751-ci il) 7+5+1=13 Türklərin müsəlman olması;

(1453-cü il) 1+4+5+3=13 İstanbulun fəthi.

Xristianlarda isə 13 rəqəminin uğursuz olması İsa peyğəmbərin dövrü ilə bağlıdır. Belə ki, İsa peyğəmbər və onun 12 elçisinin birlikdə yediyi son axşam yeməyindən sonra xristian dünyası fəlakətlə üzləşib. Həmin qonaqlığa dəvət edilmədiyi halda gələn 13-cü şəxs İsa peyğəmbəri satan adam olub

Digər bir inanc, Skandinaviya mifalogiyasına aiddir. Yaxşılıq tanrısı hesab edilən Balder 12 nəfərlik təşkil etdiyi dəvətə qatılan 13-cü adam - pislik tanrısı Lokki tərəfindən çıxan münaqişədə öldürülüb. Bu hadisəsən sonra, 13 rəqəminin Sakndinaviyadan da yayıldığı deyilən iddialar sırasındadır.

Bundan başqa, Charles Manson, Theodore Bundy ve Jack the Ripper kimi tanınmış qatillərin adları 13 hərfdən ibarətdir. Bu da bir faktdır. 
Qərb ölkələrində 13 rəqəminin uğursuzluğunu sübut edən hadisələrdən biri də, ABŞ-ın Aya göndərmək istədiyi “Apollo 13” uçuşunun uğursuz olması bu inancı qüvvətləndirən faktlar sırasındadır.

Xristian ölkələri təkcə 13 rəqəmini deyil, həftənin cümə gününü də uğursuz hesab edir.

Meksika ərazisində isə 13 rəqəmi ilə bağlı fikirlər qərb ölkələrinin əksinədir. Onlar 13 rəqəmini uğurlu hesab edir.

Bütün bunlar Xristian və Qərb ölkələrinin batil inanclara önəm verdiyini sübut edir.

Metbuat.az

Xəbər lenti