Hədislərimizin nəzərinə görə, sehrbazlar və cadugərlər heç bir zaman behiştə daxil ola bilməyəcəklər. Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Üç dəstə behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəslərin ki, peşəsi sehrbazlıqdır və o kəslər ki, qohumluq əlaqəsini kəsiblər".
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Kahin (qeybdən xəbər verən), münafiq, daima şərab içən, söz gəzdirən behiştə daxil olmayacaqlar".
Mynews.az deyerler.org-a istinadən bildirir ki, bəli, sehr və cadu kəbirə günahlardan hesab olunur və ona görə tövbə etmək lazımdır. Necə ki, Firon ilə Musanın (ə) əhvalatında sehrbazlar tövbə etmişdilər. "Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir". ("Taha" 73).
Bunu qeyd etmək lazımdır ki, sehrbaza müraciət edənin günahı heç də sehrbazın günahından az deyildir. Çünki əgər sehrbaza müraciət edən olmasa, sehr etməyə ehtiyac qalmaz. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, sehrbazın və ya kahini və ya yalançının yanına gedər və dediklərini təsdiq edərsə - Allahın göndərdiyi bütün səma kitablarına kafir olmuş olar".
Ona görə də deyə bilərik ki, sehr və cadu kəbirə günahlardan olub, günahı böyükdür və sehrbaz gərək səhvini başa düşüb, tövbə etsin. Əks halda cəhənnəmə gedəcək və behiştin üzünü görməyəcəkdir.a
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub