İmam Əli (ə) "Nəhcul-bəlağə"də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək (İslami saytlara istinadən).
1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: "Dünya sevgisi bütün səhv və günahların başındadır".
2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: "Dünyanın məsəli - ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər".
3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: "Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər".
Başqa yerdə buyurur: "Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər".
4. Dünya sevgisi Allaha üsyana səbəb olar. İmam (ə) buyurur: "Dünyanın aldadıcı cazibələri insanı üsyana tərəf çəkər".
5. Dünya sevgisi axirət səadəti ilə uyğun gəlmir. İmam (ə) buyurur: "Necə ki, gecə və gündüz cəm olası deyildir, Allah sevgisi ilə dünya sevgisi də cəm olası deyildir".
6. Allahdan qəflətə səbəb olar. İmam (ə) buyurur ki, dünya ləzzətlərinə qərq olmaq insana Allahı unutdurar və mənəvi ləzzətdən saxlayar.
7. İnsan haram ləzzətlərə meyil edər. İmam (ə) buyurur: "Həqiqətən bu din pis əməl sahiblərinin əlində əsir olmuşdur ki, din adı ilə nəfslərinə pərəstiş edir və dünyalarını əldə edirlər".
8. Məadı unutmaq. İmam Əli (ə) buyurur: "Dünyanın tez ötən zinətləri axirətin cavidan zinətlərindən daha tez sizə nüfuz etmişdir. Dünyapərəstlik, Qiyaməti yadınızdan aparmışdır".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub