Seks turizminin dünyada aparıcı ölkələrindən biri sayılan Ukraynanın Dəmir Yolları İdarəsinin seks məzmunlu rəsmi açıqlaması hər kəsi təəccübləndirib. Qurumun qəzetində sərnişinlərinə "Qatarda Seks" incəliklərinə dair məlumatlar verən qurum adi cinsi münasibətdən bezən cütlüklərə qatarda sekslə məğşul olmalarını təklif edib.
Moderator.az xəbər verir ki, Ukrayna mediası bu barədə avropalı kişilərə xəbərdarlıq edib.
Ukraynalı qızların seks dələduzluğu və saxtakarlığı ilə bağlı Avropa TV-lərində xəbərdarlıqların edildiyi günlərdə Dəmir Yolu İdarəsinin müştəri itirmə təlaşı ilə bu üsula əl atdığı deyilir.
Ukrayna Dəmir Yolları sərnişinlərə "qatarlarda necə cinsi əlaqəyə girməyin lazım olduğu" mövzusunda tövsiyələr verib. Qurumun qəzeti Magistral-Ekspressin "kişi baxışı" adlı hissəsində sərnişinlərə "qatarda seks" məsləhətləri verilib. Yazıda cinsi əlaqə zamanı qatarın silkələnməsinin narahatlıq yaratmasını əngəlləmək üçün bələdçidən rəflərə bərkidilən xüsusi kəmərlər tələb olunması lazım olduğu qeyd edilib. Həmçinin, "adi cinsi münasibətdən" bezən sərnişinlərə "ən cəsarətli fantaziyalarını" gerçəkləşdirəcək geniş yataqların yerləşdiyi xüsusi vaqonları seçim etmələri tövsiyə verilib.
Qeyd edək ki, Ukraynada Rusiya ilə münasibətlərin pozulmasından sonra Qərbə yaxınlaşma siyasəti izlənməyə başlayıb, ancaq ölkə iqtisadi olaraq böyük bir zəifliyin içərisinə düşüb. Çətin vəziyyətdə olan Ukrayna dünya şöhrətli gözəl qızlarının şöhrətini önə çıxararaq seks turizmini ilə turist qazanmaq yoluna girib. Ukraynada həyatın çətinliklərindən xilas olmaq istəyən gözəl qızlar isə internetdə tanışlıq saytlarının favoritlərinə çevrilib.
Ukraynanın seks turizmi ilə tanınmasının ardından bir çox ölkədən axın-axın kişinin bu ölkəyə getməsi bəzi Ukraynalı vətəndaşları narahat edib. Bununla bağlı Kiyevdə təşkil olunan "Ukrayna fahişəxana deyil" plakatları daşıyan alt paltarlı qızların keçirdiyi etiraz aksiyası o qədər də səmimi olmayıb.