Səbinə Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq 2 ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda hormon qəbulunun ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.
O, bütün prosesi özü videoya çəkir və hormonal dəyişiklikləri gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır. Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda, hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub