Mynews.az bildirir ki, ARB TV-nin "Pəncərə" verilişində dünyanın ən qəribə doğulan insanları barədə süjet yayımlanıb.
Saymon Metz və ya digər adı Şlitsi olan bu adam 20-ci əsrdə yaşamış amerikalı aktyordur. Mikrosefali xəstəliyi ilə dünyaya gəlmiş bu insanın baş quruluşu və beyni normal insanların sahib olduqlarından daha kiçik və yarımçıq idi. Bu səbəbdən deyilənə görə onun ağlı 3 yaşlı uşağın ağlıyla eyni idi. O sadəcə 10-a qədər saya bilir, mahnı oxuyur, rəqs edir və bir də bir neçə cümlə qura bilirdi. Amma o deyilənləri başa düşürdü. Sirk aktyoru kimi çıxış etmiş Saymon Metz 40 yaşında "əcaib" adlı bir filmə də çəkilmişdi. Dünyada hələ də onun haqda müəyyən əfsanələr dolaşır.
Mauris Tillet - dünyada məşhur olan Şrek obrazının həyatdakı prototipi. 20 yaşına qədər normal görünüşü vardı. Amma sonra akromeqaliya xəstəliyinə tutulur və bədən əzaları, sümükləri intensiv dərəcədə böyüyür. Bununla da adamın görünüşü tamamilə dəyişir. Müxtəlif döyüş növlərində çempion olan Mauris öz görünüşü ilə sonralar Şrek obrazının də yaranmasının ilham mənbəyi olmuşdu.
Edvard Mordreyk - bəşər tarixinin ən qəribə görünüşlü insanlarından biri sayılır. Onu fərqli edən səbəb isə başının arxasına bitişik olan 2-ci üzə sahib olmasıdır. Uşaq olanda bu fərqliliyin fərqində deyildi. Amma illər ötdükcə insanların ondan uzaq gəzdiyini görür və bir gün müəyyən edir ki, başının arxasında 2-ci üz də inkişaf edib. Cəmiyyət onu lənətlənmiş insan hesab edirdi. Edvard isə xatirələrində yazır ki, gecələr tək qaldığında 2-ci üzü onun qulağına nələrsə pıçıldayırmış. Hətta arxadakı üzünün səssizcə güldüyünü də eşidirmiş və bundan özü də qorxu keçirirmiş. 23 yaşında isə bu dəhşətə dözməyərək intihar edir. Amma bəzi tarixçilər belə bir insanın heç vaxt yaşamadığını iddia edir.
Ella Harper - Amerikada dünyaya gəlmiş bu qızcığaz çox nadir ortopedik xəstəliyə sahib idi. Belə ki, ayaq üstə durarkən ayaqları və bədəni əks istiqamətlərdə əyilirdi və belədə çox qəribə görünüş ortaya çıxırdı. Ella Harper adətən əlləri üstə gəzirdi və ona "dəvə qız" deyirdilər. Bu cür fərqli görünüşünə görə müxtəlif tədbirlərə, şoulara dəvətlər alır və burdan pul qazanırdı.
Martin Laurello - 1886-cı ildə Almaniyada dünyaya gəlmiş bu adamın ən böyük fərqliliyi başını 180 dərəcə fırlada bilməsində idi. Bu elastiklik əslində üstünlük deyil, xəstəlik idi və adam bunun çarəsini tapa bilmirdi. O da digər çatışmazlıq sahibləri kimi bu problemindən müxtəlif nümayişlərdə pul qazanırdı. Ona bayquş adam deyirdilər. Martin rahatlıqla bədənini tərpətmədən başını geri çevirib arxaya baxa bilirdi. O, 5 yaşında həyatını itirib.