Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arvadının saçlarından yapışaraq ölümdən xilas etdi - VİDEO

Polisin bir neçə saniyə gecikməsi ər və arvadın həyatı bahasına başa gələ bilərdi
 
Çinin Şensi vilayətinin sakini həyat yoldaşının saçından yapışaraq onu damdan yıxılmağa qoymayıb.
 
İstiPress-in verdiyi xəbərə görə, həyat yoldaşı ilə mübahisə edən qadın yaşadığı binanın damına qalxaraq, təxminən 20 metr hündürlükdən özünü atmaq istəyib. Onun ardınca dama qalxan ər isə arvadının saçından yapışaraq təxminən 3 dəqiqə eyni vəziyyətdə duraraq polis və xilasediciləri gözləyib.
 
Daha sonra polis və xilasedicilərin köməyi ilə kişi xanımını geri, binanın damına qaldıra bilib.
 
Verilən məlumata görə, həyat yoldaşını havada saxlamağa kişiyə binanın üzəri ilə gedən boru xətti kömək edib. Videodan görünür ki, ər üst mərtəbənin pəncərəsinin dəmir məhəccərində durub həyat yoldaşının saçından yapışıb. Köməyə gələn polislərdən biri isə binanın damından sallanaraq qadının paltarından tutur, bu isə kişiyə onu yuxarı çəkməyə kömək edir. Bu zaman polis və xilasedicilər öz həmkarlarını və qadının ərini tutublar ki, onlar yerə yıxılmasınlar.Polis zabitinin sözlərinə görə, bir neçə saniyə geciksəydilər, kişi həyat yoldaşını saxlaya bilməyəcəkdi və hər ikisi yerə yıxılacaqdılar. 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...