Bütün zərərli əşyalar kimi, son günlər 7-dən 70-ə spinner hər kəsin marağını cəlb edir. Məşhur satış saytlarında bu “antistress çarxı” adlandırılan oyuncaq satış rekordları qırır.
Publika.az xəbər verir ki, artıq tanınmış televiziya aparıcıları efirə əllərində spinnerlə çıxırlar, “Forbes” jurnalı bu oyuncağı 2017-ci ilin ən faydalı ofis əşyası adlandırdıb. Hətta spinneri imitasiya edən mobil əlavələr də yaradılıb. Deyilənə görə, spinner əsəbləri sakitləşdirir, aerofobiyanı (təyyarəyə minmək qoxusu) aradan götürür.
Əslində isə spinner dediyimiz oyuncaq öz sahibini stressdən azad etmir, əksinə əsəb, qorxu hissini daha da gücləndirir. Fikir dalğınlığı yaradır. Bir sıra saytlarda spinner autizmli xəstələri sakitləşdirən oyuncaq adı ilə satışa qoyulub. Bu isə bir daha sübut edir ki, psixoloji və nevroloji narahatlığı olmayan şəxslər, xüsusən də, uşaqlar spinnerdən uzaq durmalıdırlar.
Odur ki, özünüzü və övladlarınızı stressdən üzaq tutmaq üçün “stress çarxı”ndan uzaq durun.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub