Niaqara şəlaləsindən 90 metr yüksəklikdə çəkilən görüntülər izləyənləri heyrətləndirir.
Mynews.az Milli.Az-a istinadla bildirir ki, görüntülərdə qadının şəlalənin 90 metr hündürlüyündə havada dayanan helikopterdən, sadəcə, dişindən asılması əks olunub.

Erendira Vallenda, qorxusuz Nik Vallendanın həyat yoldaşı, iki dəfə dişindən asılaraq etdiyi bu hərəkətlə əri tərəfindən qırılan rekordu yeniləyib.
36 yaşlı akrobat halqanın içərisində maraqlı hərəkətlər edib. Görüntüləri onun helikopterdəki əri çəkib.

O, asılı qaldığı 10 dəqiqənin 7-ni maraqlı hərəkətlər etməklə keçirib.
Rekordu yenilədikdən sonra mətbuat konfransı keçirən Erendira bildirib ki, yaşadığı anlar, bir sözlə, möhtəşəm idi.
Qeyd edək ki, onun əri 2011-ci ildə "Silver Dollar City"də 76 metr hündürlükdə dişindən asılı qalaraq rekord qırmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub