Sevgililər günü yaxınlaşdıqca cütlükləri daha çox bir sual düşündürür: “Sevgilimə nə hədiyyə alım?”.
Telefondan daha “etibarlı” bir hədiyyə yoxdur!
Əgər sevgiliniz “telefonun enerjisi tez bitir, telefon tez-tez sönür” kimi şikayətlər edirsə, başqa bir ipucuna ehtiyacınız yoxdur. Həm də telefon hər zaman ən etibarlı və xoşbəxt edən hədiyyədir.
Onu inkişafla qovuşdurun
Adi bir Word faylını belə yarım saata açan, 2 dəqiqə oyun oynadıqda donub qalan, ən sevdiyi serialın bir hissəsini də problemsiz izləməyə imkan verməyən kompüteri var sevgilinizin? Unutmayın, elmin-texnikanın inkişaf etdiyi bir dövrdə yaşayırıq, onu inkişafla tanış edin. Dünyaya bir pəncərədən baxmaq üçün kompüterdən yaxşı nə ola bilər?
Uzun münasibətin sirri mətbəxdir
Bunu tək biz yox, tədqiqatçılar da deyir. Mətbəxdə keçirilən vaxt nə qədər çox olarsa, ailə bağları da bir o qədər uzunömürlü olar. Ona görə də əvvəl mətbəxi gözəlləşdirin, sonra onun çox istədiyi salatı, yeməyi hazırlayın və sürpriz edin.
Birlikdə gözəl bir film izləyin
Televizor əhəmiyyətlidir, sözsüz. Böyük ehtimalla qarşıdakı 50 il boyu da bir evin ən əhəmiyyətli əşyası olaraq qalacaq. Qucaqlaşıb film izləmək, birlikdə oyun oynamaq, yarışlara baxmaq… Bu gözəl xatirələri yaratmaq üçün gözəl, müasir televizor hədiyyə edə bilərsiniz.
Kremdən bütün xanımlar istifadə edir
"Sevgi ilə qırışlar getmir” sözünü unudun. Qırışların yaranmaması üçün isə mütləq krem olmalıdır. Onsuz da bütün xanımlar kremlərə pul xərcləyir. Ona sevdiyi kremi, lasyonu, istifadə etdiyi kosmetik vasitələri hədiyyə edin.
Ev əşyası
Evdəki rahatlıq əşyalardan başlayır. Məsələn, ikinizin xoşbəxtlik hissi ilə qucaqlaşıb uzana biləcəyiniz divan. Orada günün yorğunluğundan birlikdə xilas ola bilərsiniz.
İdman geyimi
Sevgiliniz idmanı, təbiətdə gəzməyi, piyada yeriməyi sevirsə, çox düşünməyə ehtiyac yoxdur. İdman geyimi ən yaxşı hədiyyə ola bilər.
Bu həftə alış-verişi siz edin
Hər həftə bezmədən, yorulmadan alış-verişi o edir. Yəqin ki, artıq nəyi aldığını, nə sevdiyini, nə istədiyini bilirsiniz. Sevgililər gününə xüsusi bir jest edin, alış-verişə siz gedin.
Ona motivasiya hədiyyə edin
Sevgiliniz nə zamansa pilates və ya yoqa ilə məşğul olmaq istədiyini deyib? Daha nə düşünürsünüz? Bu istək sizə ipucu olsun, onu pilates və ya yoqa kursuna yazdırın.
Avtomobilinin içini yeniləyin
Sevgiliniz avtomobilini çox sevir? Onun avtomobilinin içini yeniləmək, oturacaqların rəngini dəyişmək elə yeni avtomobil almaq kimi gözəl hədiyyə olacaq.
Ayaqqabı və çantanı kim sevməz?
Hədiyyə üçün çox düşünməyə dəyməz. Bütün xanımların həssas yeri ayaqqabı və çantadır. Kiçik bir araşdırma aparın, endirim olan mağazalarla maraqlanın. Onun çox sevdiyi və arzuladığı brenddən olan ayaqqabı və çanta gözəl bir hədiyyə olacaq.
QEYD: Dünyanın ən klassik, ən bahalı hədiyyəsi belə, bir sevgi mesajından daha dəyərli ola bilməz. Sevgililər gününü hər gün yaşayın. Ona hər gün qayğınızı hiss etdirən, sevginizi bəlli edən mesajlar yazın.